booked.netbooked.net booked.net  

Noyabrın 28-də Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıblar.

Tezdlar.az XİN-ə istinadla bildirir ki, görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə "AbzasMedia" xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, "AbzasMedia"nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub. Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.

Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq, Media haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yerli media subyektinin xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmədiyi xatırladılıb. Sözügedən ölkələrin səfirliklərinin və onlara məxsus təşkilatların ölkəmizin ərazisində qeyd edilən qanunvericiliyə zidd hərəkətləri Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının da pozuntusu olduğu qeyd edilib. "Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinə zidd olan və ölkənin daxili işlərinə qarışmaq məqsədi daşıyan bu fəaliyyəti şiddətlə qınayıb və sözügedən faktlarla əlaqədar milli qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək hüququnu özündə saxladığı diqqətə çatdırılıb", deyə məlumatda bildirilir. Maraqlıdır ki, hüquq-mühafizə orqanları "AbzasMedia" jurnalistlərinin həbsinin səbəbi haqqında rəsmi məlumat yaymadan XİN bu nəşrin xaricdən maliyyələşdiyini bildirib.

Media hüquqları sahəsində ekspert Ələsgər Məmmədlinin Turan Agentliyinə verdiyi açıqlamaya görə, Azərbaycan qanunvericiliyinə görə KİV-in birbaşa xaricdən maliyyələşdirilməsi həqiqətən qadağandır. Qanunvericiliyə əsasən, xarici donorlar Azərbaycanda qeydiyyatdan keçməlidir.

Bununla belə, qanunvericilik jurnalistlərin fərdi qaydada, xidmət müqavilələri əsasında xaricdən maliyyə vəsaiti almasını məhdudlaşdırmır. Redaksiyalar da kommersiya müqavilələri əsasında iş yerinə yetirə bilər. Qadağa media subyektlərinin xərclərinin: ofisin saxlanılması, işçilərə əmək haqqı ödənilməsi və s.-nin birbaşa maliyyələşdirilməsi ilə bağlıdır. Media qurumlarının maliyyələşdirilməsinə qadağa Azərbaycanın müstəqil mətbuat nümayəndələrinin, beynəlxalq təşkilatların tənqidinə məruz qalan və Avropa Şurası Venesiya Komissiyasının mənfi rəyini alan media haqqında yeni qanunla tətbiq olunub, deyə Məmmədli qeyd edib. Digər tərəfdən, 2013-2014-cü illərdə QHT-lər haqqında qanunvericiliyə edilmiş düzəlişlər hakimiyyətin istəmədiyi xarici donorların Azərbaycanda qeydiyyatını faktiki olaraq qeyri-mümkün edib. 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 06 Fevral 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN

 

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA