“The Wall Street Journal” yazır ki, Rusiya prezidenti Putin Ukraynaya hərbi dəstəyi zəiflətmək və NATO-ya hədə-qorxu siqnalı vermək məqsədilə Belarusda nüvə silahı yerləşdirib.

Tezadlar.az CNN-ə istinadla isə bildirir ki, 2023-cü ilin sonunda prezident Aleksandr Lukaşenko Belarusda taktiki nüvə silahlarının yerləşdirilməsinin başa çatdığını elan etmişdi, lakin NATO üzvləri bu addımı Kremlin Ukraynaya dəstəyi zəiflətmək üçün manipulyasiyası hesab edir. Nəşr yazır: "...mənbələr Belarusda nüvə silahının yerləşdirilməsi barədə tam məlumat vermir və ola bilsin, Lukaşenko blef edir. Eyni zamanda, bəs necə olub ki, Rusiya lideri Putinin Belarusda nüvə silahının yerləşdirilməsi ilə bağlı əvvəlki açıqlamaları Amerika kəşfiyyatında şübhə yaratmayıb. Amerika Alimlər Federasiyası açıq mənbəli kəşfiyyat məlumatlarını, o cümlədən Belarus Müdafiə Nazirliyinin videomateriallarını təhlil edərək belə nəticəyə gəlib ki, “Lida” aviabazası Litva sərhədindən 40 kilometr aralıda yerləşir və Belarus Hava Qüvvələrinin Su-25 təyyarələri ilə təchiz edilmiş qüvvələr Belarusun Rusiya ilə yeni “nüvə mübadiləsi” missiyasını yerinə yetirmək üçün ən çox ehtimal olunan vasitədir...".

Bununla belə, "The Wall Street Journal" yazır ki, Rusiyanın S-400 və "İskəndər" raket sistemləri artıq Belarusda yerləşdirilib. Öz növbəsində, Belarusun “Belarusski Qayun” qrupu Rusiya nüvə silahının öz ərazisində yerləşdirilməsini inkar edir...

A.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN