Respublika Perinatal Mərkəzində baş verən yanğında 4 uşağın ölümü və  bir neçəsinin zərər görməsi üzrə Baş Prokurorluqda cinayət işi başlanılıb... 

"Təzadlar"a daxil olan məlumata görə, Mərkəzin direktoru Mehriban Abasquliyeva baş verən ölüm hadisəsinə görə saxlanılıb. Lakin hazırda mərkəzə etdiyimiz telefon zənglərində bunu dəqiqləşdirə bilmirik. 

*** 

Xatırladaq ki, yanğınla əlaqəli təxliyə olunan 26 yenidoğulmuşdan 15-i Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə, 11-i isə KTM-in tərkibində fəaliyyət göstərən Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Bunu KTM-in mətbuat katibi Ruzbeh Məmməd mediaya bildirib. Onun sözlərinə görə, 15 körpədən 8-i reanimasiya şöbəsinə yerləşdirilib, həkim nəzarətindədir. Digər 7 körpənin vəziyyəti stabildir, müalicələri davam edir.

Xatırladaq ki, dünən dekabrın 8-dən 9-na keçən gecə Bakı şəhəri, Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Respublika Perinatal Mərkəzində yanğın olub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub. Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

perinatal

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN