"Hazırda klinikada müalicə alan sabiq Prezident Mixeil Saakaşvilinin sağlamlıq vəziyyəti yaxşılaşıb".

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki, bu barədə Saakaşvilinin müalicə aldığı “Vivamedi” klinikasının tibbi direktoru Zurab Çxaidze jurnalistlərə müsahibəsində bildirib. O bildirib ki, real pisləşmə yoxdur, yaxşılaşma var: “Pasiyentin vəziyyəti stabildir, mən onun durumunun yaxşılaşdığını deyə bilərəm. Hemodinamik göstəricilər, həmçinin tənəffüs parametrləri stabildir. Real pisləşmə yoxdur”.

 Çxaidze sabiq Prezidentin qidalanmasının yaxşılaşdığını, lakin hələ də dietoloqların tövsiyə etdiyi vəziyyətə çatmadığını əlavə edib. Qeyd edək ki, Mixeil Saakaşvili bu gün sağlamlıq vəziyyətini əsas gətirərək külli miqdarda dövlət vəsaitini mənimsəmədə ittiham edildiyi “Pencək işi” ilə əlaqədar Tbilisi Şəhər Məhkəməsində keçirilən məhkəmə iclasında iştirakdan imtina edib.

 Tezadlar.az xatırladır ki, ölkə prezidenti Yeni il ərəfəsində Saakaşvilini əfv etmək barədə fikirlərini paylaşmışdı. Lakin hökumət rəsmiləri buna etiraz edərək prezidentin impincment məsələsini qaldırdılar. Bununla da məsələ hələki baxılmamış saxlanılmaqdadır...

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN