...Medianın vəziyyəti elədir ki, tənqid yazan kimi deyirlər ki, sübut elə, eləmirsənsə, veririk məhkəməyə... Yəni, məhkəmələri media üzərində qorxutma və hədələmə aləti kimi görən fırıldaqçılar var...
Bu günlərdə isə çoxsaylı zərərçəkənləri qapılarda süründürən fırıldaqçı MTK haqqında yazı verilib, minnətçiləri ha çalışdı, şikayətçilərin mənafeyini "yağlı dilləri"nə qurban vermədik. Sonra bir media qurumundan zəng edirlər ki, balansı pozmusunuz, niyə qarşı tərəfi dinləməmisiniz, mövqeyini soruşmamısınız??? Cavab verdik ki, 7 ildən sonra soruşacağıq. "Niyə 7 ildən sonra, indi yox?" sualına cavabımız kəsə oldu: "Çünki MTK sədri 12 il iş alıb, həbsxanadadır, 7 ildən sonra çıxanda onun mövqeyini soruşarıq...".
***
Bu bir faktdır ki, bəzən tənqidi jurnalistikaya cəmiyyətdə fərqli yanaşma var. Amma peşəkarlar da bunun fərqində olmamalıdırlar... Elə sosial media istifadəçisi Elman Mustafazadə kimi. Yazır: "Aşağıdan sağdan birinci yaxşı kərə yağıdır, sağdan ikinci isə yarıbayarı qarışıq, yuxarıdakı isə tam saxta yağdı… Ayrica verilmiş şəkildəki yağ isə Azəbaycanda satılan "Belarus" yağıdır… Buyurun Azərbaycanda ayrıca nümayiş etdirdiyim “endirim” adı altinda satılan saxta Belarus yağı... Belaruslar günahkar deyil, bu millətə qənim kəsilən monopolistlər və onlara arxa duran, bu millətə nifrət edənlərdir günahkar… Zavalllı millət… Yeyin, ay uzunömurlü ölkənin vətəndaşları…
P.S. Yoxlayan özüməm və bütün məsuliyyətimlə cavabdehəm".
Təbii ki, ölkəmizə qidaların təhlükəsizliyinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi cavabdehdir. "Təzadlar" bir neçə dəfə belə yağ saxtakarlarından yazıb, göndərib AQTA-ya, amma və lakin...
Sonda: Məşhur Cırtdan nağılından bir epizod: "Div: kim yatıb, kim oyaq? Cırtdan: AQTA yatıb, yağ saxtakarı oyaq!".
Bax belə...
A.Məmmədli
P.S.Ölkəni xərçəng və şəkər xəstəliyi bürüyüb... Ən birinci səbəb də saxta və geni dəyişdirilmiş ət, mer-meyvə və sintetik məhsullardır...
yaq-1
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN