Dünən Ermənstanın baş naziri Nikol Paşinyan Armen Abazyanı yenidən Milli Təhlükəsizlik Xidmətinə (MTX) direktor təyin edib.

Tezadlar.az "Novosti Armeniya"ya istinadla bildirir ki, hökumətin ötən il noyabrın 30-da keçirilən iclasında Milli Təhlükəsizlik Xidmətinin rəhbəri və onun müavinlərinin ölkə prezidenti tərəfindən deyil, baş nazir tərəfindən vəzifəyə təyin, yaxud vəzifədən azad edilməsi qərara alınıb. 

Yeri gəlmişkən, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan prezident sərəncamı ilə vəzifəsindən azad edilmişdi. 

Ən vacibi, artıq 3-cü dəfədir ki, Paşinyan Prezidentin Sərəncamını kənara ataraq öz bildiyini edir. Bu isə prezidentlə baş nazir arasında ciddi narazılıq yaratmaqdadır...

A.Məmmədli 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN