Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, polis general-mayoru Şərif Əsədullayev 69 yaşında vəfat edib.

Bu barədə mərhumun yaxınları sosial mediada məlumat yayıb. O, bu gün Bakıdakı "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.

ARAYIŞ: Şərif Kamil oğlu Əsədullayev 1955-ci ildə anadan olub. 1985-ci ildən daxili işlər orqanlarında xidmətə başlayıb. 2014-cü ilin yanvar ayının 23-də Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 1 iyul tarixli 597 nömrəli sərəncamı ilə ona polis general-mayoru ali xüsusi rütbəsi verilib. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Ş.Əsədullayevin qaynıdır.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN