Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinə qarşı təxribat əməli törədilib... Bu barədə "Təzadlar"a məlumat verən mənbə bildirir ki, "...AMEA Tarix İnstitutunun “Əliyevşünaslıq” şöbəsinin qapısına (şöbə Ulu öndər Heydər  Əliyev irsini araşdırır) şöbə əməkdaşlarını təhqir edəcək şəkildə “Vərəqə” yapışdırılıb. Hadisə təhlükəsizlik kameralarında qeydə alınıb. Bu məsələ Tarix İnstitutunda böyük qalmaqala səbəb olub, hüquq-mühafizə orqanlarına müraciət edilib. Lakin Tarix İnstitutunun baş direktoru Kərim Şükürov  günahkarı cəzalındırmaq və kollektivi sakitləşdirmək əvəzinə, həmin hadisəni törədən “Beynəlxalq əlaqələr” şöbəsinin əməkdaşı olan Ş. M.-nin vəzifəsini qaldıraraq elmi işçidən böyük elmi işçi vəzifəsinə yüksəldib...". 
 Qeyd edək ki, bu hadisə barədə institutun əməkdaşı Gunel Aslanli facebook səhifəsində ətraflı bəhs edib (https://m.facebook.com/story.php?story_fbid=pfbid02FbLfg8TQHcMDxHsnbVm5LBWbs1ybps2r6zZGffYJUV1AbbUqEQf9DTmusXKdN4pxl&id=100006246824258&mibextid=RtaFA8).
Məsələyə aydınlıq gətirilməsi üçün institutun elektron poçtuna göndərilmiş sorğuya hələki cavab verilməyib. Hadisənin baş vermə səbəbi və s. barədə əlavə məlumat veriləcək.
E.Məmmədli
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN