Son günlər Qırğızıstanda müstəqil mediaya artan təzyiqlər fonunda ölkənin ombudsmanı Cəmilə Camanbayeva jurnalistlərin ofislərində və evlərində axtarışlar zamanı hüquq-mühafizə və məhkəmə orqanlarını jurnalistlərin hüquq və azadlıqlarına riayət olunmasını təmin etməyə çağırıb.

Ombudsman həm yerli qanunvericilik, həm də beynəlxalq müqavilələr, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktda nəzərdə tutulmuş konstitusiya təminatlarına hörmət edilməsinin vacibliyini vurğulayıb. Cəmilya Dzhamanbayeva hüquq-mühafizə orqanlarına vətəndaşların Qırğızıstan Respublikasının Konstitusiyasına uyğun olaraq söz və özünüifadə azadlığı hüquqlarına riayət olunmasını təmin etmək məsuliyyətini də xatırladıb.

Tezadlar.az manas.news saytına istinadla bildirir ki, bu barədə Qırğızıstan Ombudsmanının yaydığı bəyanatında qeyd edilir. Ombudsman həmçinin məhkəmə və prokurorluq orqanlarını polis orqanlarının jurnalistlərə qarşı həyata keçirdiyi tədbirlərin qanuniliyinə və mütənasibliyinə hüquqi qiymət verməyə çağırıb.
Qeyd edək ki, vətəndaşların söz və fikirlərini ifadə etmək azadlığı hüquqları Qırğızıstan Konstitusiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt, eləcə də Qırğızıstanın Qanunu ilə təmin edilir. Eləcə də bu hüquqlar “Jurnalistin peşə fəaliyyətinin müdafiəsi haqqında” ölkə qanununda da əks edilib.

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN