Gündəlik nəşr olunan "Bakı xəbər" qəzeti AMEA-nın Tarix İnstitutundakı məlum qalmaqaldan yazıb...

"Tarixçi alim Tofiq Mustafazadə ilə Asif Mərzili razılığa gələ bilmir..." başlıqlı məqalədə deyilir: "AMEA-nın Tarix və Etnologiya İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Tofiq Mustafazadənin 1986-cı ildə "XVIII əsrin 1-ci yarısında Azərbaycanda Rusiyaya meylin güclənməsi" adlı kitabı ətrafında müzakirələr hələ də davam edir.

Qəzetimizin ötən sayında tanınmış alim T.Mustafazadənin fikirlərini işıqlandırdıq. Yazı dərc olunandan sonra alim bizimlə əlaqə saxlayıb bildirdi ki, açıqlamalardan sonra kitabı barədə məlumat yayanların ona qarşı hücumu artıb.  "...Dünən siz mənə desəydiniz ki, cavabım çap olunacaq, heç bir açıqlama verməzdim. Ona görə yox ki, qəzetinizdə gedən yazı obyektiv olmayıb. Əksinə, doğru yazılıb. Elə buna görə də "Təzadlar"ı qıcıqlandırıb və onlar mənə qarşı hücumlarını və təhqirlərini gücləndiriblər. Məni düşmən dəyirmanına su tökməkdə ittiham edən Asif Mərzili sadəcə Vikipediyaya baxsaydı görərdi ki, mən erməni saxtakarlıqlarına qarşı müxtəlif beynəlxalq konfranslarda dəfələrlə çıxış etmişəm (o cümlədən, erməni mövqelərinin güclü olduğu Moskvada), onlarla məqalə dərc etdirmişəm. Bu mövzuda 4 əsərim (2-si xaricdə olmaqla, o cümlədən Varşavada ingiliscə) çap olunub. Respublika Prezidenti tərəfindən Dövlət mükafatı ilə təltif olunmuş "İrəvan xanlığı. Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi"  adlı kollektiv monoqrafiyanın baş redaktor müavini olmuşam. Hamısının titul vərəqlərinin surətini göndərəcəyəm. Bir nəfərin guya hüquqlarını müdafiə edən A.Mərzili bəs niyə görəsən 50 ilə yaxın yalnız elmlə və tədrislə məşğul olan bir agsaqqal alimi təhdid edir, ona qarşı böhtan və təhqir kampaniyasına rəvac verir? Sovet dövründə nəşr olunmuş kitabdan bəzi fikirləri konteksdən çıxarıb qabartmaqla, müəlifi hədələməklə anlamır ki, əslində bununla düşmən qüvvələrə bəhanə verir desinlər ki, Azərbaycanda həqiqəti deyən alimi sıxışdırırlar. Bu  kampaniyaya qoşulanlar kitabları məhv etməyə çağırırlar, halbuki, belə təcrübə yalnız nasist Almaniayasında olub. Səhvə yol vermişəm, buyursunlar tənqid eləsinlər, özləri doğrusunu yazsınlar. Yoxsa başa düşmürlər ki, belə sözlərlə ölkəmizin imicinə ləkə sala bilərlər", - deyə T.Mustafazadə bildirdi. 

Qeyd edək ki, sözügedən məlumat "Təzadlar"da gedib. Sayt yazıb ki, AMEA-nın adının çəkilməsini istəməyən professorlarından birinin "Təzadlar"a verdiyi məlumata görə, professor T.Mustafayev bu kitabında Azərbaycanın Qarabağ əhalisinin milliyətini erməni əhali kimi təqdim edib...

Asif Mərzili: "... Hər şey redaksiyaya daxil olmuş konkret şikayət və əlavə edilmiş sübutlara əsaslanır" 

Alimin açıqlamasına münasibət bildirən" Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili "Bakı-Xəbər"ə bunları dedi: " Bildirirəm ki, söhbət AMEA Tarix İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri Tofiq Mustafayevin (Mustafazadə-Ə.T) 1986-cı ildə yazdığı  "XVIII əsrin 1-ci yarısında Azərbaycanda Rusiyaya meylin güclənməsi" adlı kitabında Azərbaycanın tarixi keçmişinin təhrifli formada təqdimatından gedir. Sizə təşəkkür edirəm ki, məsələyə dövləti maraqlarımızdan yanaşıb professordan mövqe öyrənmisiniz. Professor özü də etiraf edir ki, onun mübahisələndirilən kitabında tariximiz təhrif edilib. Yazır: "Təkcə mənim kitabımda deyil, Sovet dövrünün əksər kitablarında, bütün dərsliklərdə XVIII əsrdə Qarabağın dağlıq hissəsində ermənilərin yaşadığı yazılmışdır...".  Sual olunur: cənab tarixçi professor Sovet dövrünə düşən 1986-cı ili əlində bayraq edir ki, yəni o dövrün tələbi belə yazmaq idi...  Erməni yaramaz alim Aqambekyan 1986-87-də Fransa mətbuatında Qarabağın Ermənistana birləşdirilməsini yazırdı. Onda da Sovet dövrü idi. Necə olur ki, erməni yaramaz Sovet dövründə Ermənistana aid olmayanı erməni adına çıxır, Tofiq Mustafayev isə Azərbaycanın tarixən olanını erməni adına çıxarıb erməniləşdirir?! Aqambekyan kimi yaramazlar da belə elmi dərsliyi əsas tutub Qarabağın əhalisinin ermənilərdən ibarət olduğunu yazır, biz də başlayırıq təkzib etməyə ki, elə deyil. Amma görkəmli tarixçi alim Tofiq Mustafayev belə yazıb... Nəhayət: çox hörmətli professor deyir ki, guya biz ona qarşı qərəzliyik, onun vikipediyadakı elmi nailiyyətlərini görmək istəmirik və s. Guya o, direktor Kərim Şükürovu müdafiə etdiyinə görə, həm də guya onun yerinə göz dikmiş bəzi şəxslərin təhriki ilə qaragüruhçuların təhqirlərinə məruz qalmışdır.  Bir daha bildirirəm ki, hər şey redaksiyaya daxil olmuş konkret şikayət və əlavə edilmiş sübutlara əsaslanır. Belə ki, redaksiyaya AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Günel Aslanlının şikayəti daxil oldu. "Media haqqlnda" Qanunun tələblərinə uyğun olaraq həmin şikayəti institutun direktoru Kərim Şükürova göndərdik. Direktor bundan bərk əsəbiləşdi ki, niyə biz ona işçisinin şikayətini göndərib cavab xahiş edirik. Direktorun redaksiyanın elektron poçtuna göndərdiyi hədyanları olduğu kimi təqdim etməyə, sadəcə, utanırıq... Sonra məcburən, xanımın şikayətini, ardınca müsahibəsini təqdim etdik. İnstitutun mətbuat xidmətinin rəhbəri Nərminə Ağayeva, ardınca Şəhla adlı xanım... mənə zəng etdilər. Sonuncu bizi təhqir etməkdən çəkinmədi. Onun Günel Aslanlıya yazdıqlarının hər biri istintaqlıq və cinayət məsuliyyəti tələb edən təhqir və rüsvayçılıq dolu ifadələrdir... Bunu da qoyuram bir kənara, Kərim Şükürov AMEA kimi bir elm məbədinin adına hörmətsizlik nümayiş etdirməyində davam etdi. İki şöbə müdirini bizə cavab yazmağa məcbur etdi. Göndərdilər, onu da dərc etdik... Sonra mətləbə aidiyyəyi olmadığı halda, Tofiq Mustafayev bizi təhdid edən addımlar atmağa başladı. Onun elektron poçtumuza özünün elektron poçtundan göndərdiyi təhdid və təhqir dolu, aşağılayıcı mesajlarını sizə təqdim edə bilərəm... Bu barədə saytımızda etirazımızı bildirdik ki, tariximizlə məşğul olmalı bir institutda bu nədir baş verir... Sonra dilə gətirilməsi mümkünsüz təhqirləri və söyüşləri həm şikayətçi alim Günel Aslanlıya, həm də bizə göndərdilər. Mən Dövlət Təhlükəsizlik Xidmətinə bu barədə rəsmi müraciət etmişəm... Bundan sonra AMEA- dan redaksiyaya Tofiq Mustafayevin məlum kitabı barədə material daxil oldu... Kitabı çətinliklə də olsa tapdıq. Məlum oldu ki, Sovet dövrünün "tələblərini" bəhanə edən hörmətli professor Osmanlı Türkiyəsini quldurbaşı, erməniləri Qarabağın tarixi əhalisi və s. kimi təqdim edib. Özü də sizə açıqlamasında bunları etiraf edir. Bəli, biz məcburən yazdıq ki, erməni dəyirmanına su tökən və tutduğu kreslonu gözdən salmış, o yeri korlamış... bir adamın həmin korlanmış yerinə hansı ağıllı adam göz dikər?! Deyir ki, guya bizim yazdığımız sifarişdir. Milli dövlətçiliyimizi və tariximizi şübhə altına alan belə bir kitabı tənqid etmək üçün sifariş lazımdır? Guya Kərim Şükürovu müdafiə etdiyinə görə tənqid edilir... Axı Kərim Şükürovu kimdən və nədən müdafiə etdiyinə görə ona təzyiq edilməlidir? Onsuz da aidiyyəti dövlət qurumlarında direktor barədə artıq qərar verilib... Onu da deyim ki, görkəmli tarixçi alim Süleyman Əliyarlı Tofiq Mustafayevin 1986-cı ildə buraxdığı bu kitabının elmi mahiyyətini görən kimi o vaxt onu rədd etmiş və Azərbaycanın dövləti maraqlarına zidd olduğunu deyərək bu elmi məcmuənin qəti şəkildə yığışdırılmasımı məsləhət görmüşdü. Yəni Tofiq müəllim direktor Kərim Şükürovun gənc alim, yurdu işğal altında olan Günel Aslanlıya qarşı ədalətsiz münasibətinin süni qurbanına çevrilib. Axı direktora aid olan məsələyə niyə müdaxilə edirdi ki, sonra da elmi fəaliyyəti özünün ətrafı tərəfindən ictimailəşdiriləydi də... Tofiq müəllimin şəxsinə böyük hörmətimiz var, amma... Lazım olsaydı, Kərim Şükürov haqqında yazılanlara AMEA rəhbərliyi həmişə olduğu kimi, dərhal reaksiya verərdi. Bizə AMEA- dan gələn mesajlar isə deyir ki, o budəfəki direktor seçkisində çətin ki, istəyinə nail olsun. Çünki son qalmaqallardan Prezident Administrasiyasında da xəbərdardırlar...""

Elbar ŞİRİNOV

Yazıda adı keçən digər şəxslərin də mövqeyini işıqlandıra bilərik. 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN