"Hökumətin təsdiqi proseduru bir neçə gün çəkir, məqsədimiz gələn həftə hökumətin tərkibini təsdiq etməkdir"

Tezadlar.az Gürcüstan KİV- lərinə istinadla xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili müsahibəsində qeyd edib. O bildirib ki, hökumət proqramı əvvəlcə komitələrdə, sonra isə plenar iclasda müzakirə olunur: “Salome Zurabişvilinin də çıxışı olacaq, çünki reqlamentə görə, onun çıxışı yaz sessiyasının birinci günüdür. Bütün bu proseslər gələn həftə yekunlaşacaq. Mən isə illik hesabatımı fevralın növbəti sessiyasında təqdim edəcəyəm. Onun sözlərinə görə, gələn həftə büronun iclası olacaq, orada hökumətin dinləmə cədvəli təsdiqlənəcək, daha sonra bir neçə gün komitələrdə, daha sonra müxalifətlə müzakirələr aparılacaq və nəhayət, məsələ plenar iclasa müzakirəyə gedəcək.

 Qeyd edək ki, hazırda hökumət buraxılıb. Qaribaşvilinin dünən istefasından sonra Nazirlər Kabinetinin səlahiyyətlərinə xitam verilib. Məlumata əsasən, Bidzina İvanişvili fevralın 1-də İrakli Kobaxidzeni baş nazir postuna rəsmən təqdim edəcək. Bundan sonra proseslər parlamentə keçəcək və qanunverici orqana yeni nazirlər kabinetini təsdiqləmək üçün 2 həftə vaxt veriləcək.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN