Rusiyanın Sankt-Peterburq şəhər administrasiyası və yerli sakinlər Ermənistanın paytaxtı İrəvanda İkinci Dünya müharibəsi illərində mühasirədə olan (keçmiş) Leninqrad

uşaqlarının xatirəsinə ucaldılmış abidədə törədilən vandalizm aktını qətiyyətlə pisləyir. Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki,  bu barədə Sankt-Peterburq şəhər administrasiyasının Xarici Əlaqələr Komitəsinin mətbuat xidməti məlumat yayıb.“Bu gün sovet xalqının faşizm üzərində qələbəsinin tarixi əhəmiyyətini heç də hamı dərk etmir. Abidəyə qarşı edilən hərəkət təxribat xarakterlidir. Ümid edirik ki, Ermənistanın hüquq-mühafizə orqanları tərəfindən bu əməl layiqli qiymətini alacaq və bütün təqsirkarlar ədalətli cəzalarını alacaqlar”, - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin abidənin təhqir olunması ilə bağlı cinayət işinin başlanmasına göstəriş verib.

Mühasirədə olan Leninqrad uşaqlarının xatirəsinə İrəvanda ucaldılan abidənin açılışı 2015-ci ilin aprelində olub və Sankt-Peterburq rəhbərliyi ilə paytaxt meriyasının birgə layihəsidir.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN