Bu gün elmimizin vəziyyəti alimlərimizin vəziyyəti ilə eyni haldadır...

Səbəblər isə başa düşülən deyil. Məsələn, istənilən adam sual verə bilər ki, niyə bəyənmədiyimiz Sovet dövründə dünyaya səs salan alimlərimiz və elmi nailiyyətlərimiz olduğu halda, müstəqillik illərimizdə belə bir faktlarla rastlaşmırıq?

Təbii ki, dünyanı əhatə edən müasir elmi nailiyyətlərdə texnologiyalar, sünii intellekt böyük xüsusi çəkiyə malikdir və əsasən də Çin və ABŞ mənşəlidir. Bəs Azərbaycan? Ölkəmizdə vəziyyət necədir?

Professor Saleh Məmmədov maraqlı araşdırmanı və müqayisəni ortaya qoyub. Yazır: "Bu qrafik seçilmiş dünya ölkələri üzrə son 26 ildə elm xərclərinə yönəltdiyi pul vəsaitlərinin Ümumi daxili məhsulda payının dinamikasını göstərir. Qrafikdən göründüyü kimi Elm xərcləri iqtisadi və sosial inkişaf sürəti ilə düz mütənasib asılılıqdadır. Təəssüflər olsun ki, bu göstərici üzrə Azərbaycan ən geridə qalan ölkələr sırasındadır. Bu gün elm xərclər Sovet Azərbaycanının 1970-ci il səviyyəsindədir, 1980-ci illə müqayisədə mütləq mənada 4 dəfə azdı və getdikcə də azalmaqda davam edir. Belə geriləmə elmin bütün göstəriciləri üzrə özünü büruzə verir. Əks tərəfdən hazırkı rəqəmsal inkişaf şəraitində bütün əməliyyat və fəaliyyətlər elmin köməyi ilə qurulmalıdır. Rəqəmsal keçid özü elmi keçid deməkdir...".

Əlavə şərhə yəqinki ehtiyac yoxdur. Bir sözlə, cüzi maaşla sosial problemlərini həll edə bilməyən alimin elmi nailiyyət və ya kəşf haqqında düşünməsi mümkünsüz olduğu kimi, elmə ayrılan xərcləri cüzi olan ölkələrdə də təbii ki, elmi nailiyyətlərdən danışmağa dəyməz... Hansı ki, Azərbaycanda elmi potensiala malik alimlər də var, onların elmi zəkası da. Qalır bu zəkanın faydalı işə- elmə çevrilməsi. Ona isə maddi vəsait gərəkdir...

Asif MƏRZİLİ

40798ac9-91c9-4637-8ff2-fc750d6ace17

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN