ABŞ-ın dövlət katibinin müavini Viktoriya Nuland əmin olduğunu bildirib ki, Birləşmiş Ştatlar Konqresinin Ukraynanın “yaşaması və rifahı” üçün əsas rolunu nəzərə alaraq ona əlavə yardım göstərilməsi üçün səs verəcək.

Tezadlar.az CNN-ə istinadla bildirir ki, o, bu barədə yanvarın 31-də Kiyevdə media nümayəndələri ilə görüşündə bildirib. Nuland deyib ki, Amerika xalqı Ukraynanın Rusiya təcavüzünə qarşı müdafiə sahəsində əldə etdiyi nailiyyətləri bilir və yüksək qiymətləndirir. O, bu vəziyyətin başa düşülməsini prezident Baydenin əlavə vəsait tələbi ilə bağlı Konqresin səsverməsində də özünü göstərəcəyini vurğulayıb.
Qeyd edək ki, ABŞ Konqresi bir neçə aydır Ağ Evin əlavə 61 milyard dollar tələbini müzakirə edir. Qərarın gecikməsi ABŞ-Meksika sərhədində qeyri-qanuni immiqrasiyanın qarşısının alınması ilə bağlı Respublikaçılar və Demokratlar arasında fikir ayrılıqlarından qaynaqlanır.

Ukrayna isə Rusiya üzərinə daha sərt əks-hücum hazırladığını bəyan edib. 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN