...Sürətlə inkişaf edən Sumqayıt, sözün həqiqi mənasında, böyük, əvəzsiz insanların şəhəridir.

Təsadüfi deyildir ki, Sumqayıta və sumqayıtlılara ildən-ilə xüsusi diqqət və qayğı göstərmiş Ulu Öndər Heydər Əliyev söyləmişdir: “Sumqayıt Azərbaycan xalqının birlik, həmrəylik şəhəridir.” Ümummilli Liderimizin siyasi və dövlətçilik məktəbini keçmiş cənab İlham Əliyev də Sumqayıtı heç zaman unutmur, onun bilavasitə göstəriş və tapşırığı ilə Sumqayıt  şəhəri qadir insanların sayəsində gündən-günə böyüyür, inkişaf edir, gözəlləşir, çiçəkləşir.

Sumqayıt artıq nəinki Azərbaycanın, eləcə də dünyanın ən nümunəvi şəhəri kimi öz layiqli adını ucaltmaqdaqdır!

Xalqımızın zəngin milli-mənəvi, əxlaqi dəyərlərinə yaxından bələd olan, məzmunlu, çoxşaxəli həyat yolu keçən və zirvələşən ömrünü şərəflə yaşayan məmurlarımızdandır Zakir Fərəcov. O, Sumqayıta layiqincə başçılıq edərək hər kəsin böyük etimadını qazanıb. Yüksək təşkilatçılıq, idarəçilik keyfiyyətləri və xeyir-duası sayəsində yüzlərlə insan bu gün cəmiyyətimizdə öz layiqli yerini tutur. Belə mənalı, maraqlı ömür yaşamaq hər insanın taleyinə, qismətinə yazılmır. Həyat yolu və əmək fəaliyyəti indiki və gələcək nəsillər üçün əsl örnək olan bu insanın sadəliyi, səmimiliyi, alicənablığı, təvazökarlığı və aliliyi hər zaman diqqəti cəlb edir.

Əsrarəngiz Laçın rayonunun Qazıdərə kəndində1954-cü il  fevral ayının 3-də  anadan olmuş Zakir Fərəcovun tale şəhəridir Sumqayıt. İlk olaraq sənaye sahəsində çalışmış, sonradan Sumqayıtın təsərrüfat sahəsinə, şəhər  bələdiyyəsinə, Abşeron Rayon İcra Hakimiyyətinə rəbərlik etmiş, 2015-ci il sentyabrın 2-dən isə cənab Prezidentin  Sərəncamına əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.

7c88ba9a-b6b8-4ccc-8e5c-26689ac05c3c

O, bu müddət ərzində şəhərin inkişafı üçün əlindən gələni əsirgəməmişdir. Artıq, Sumqayıtda aparılan abadlıq və quruculuq işlərinin miqyası saya və ölçüyəgəlməzdir. Şəhərin siması büsbütün yeniləşmiş, dəyişmişdir. Bir sözlə, Sumqayıtda əməli işlər görülmüş və görülməkdə davam edir. Bu barədə dəfələrlə yazılıb və oxucular dərin məlumatlıdır. Ona görə də sadalamağa lüzum bilmədim. Atalarımız demişkən, görünən dağa nə bələdçi?

Təsadüfi deyildir ki, Zakir Fərəcov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  Sərəncamlarına əsasən Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə, Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafındakı xidmətlərinə görə "Vətənə xidmətə görə" ordeninin bütün dərəcələri ilə təltif olunub.

Sağlam dünyagörüşə, mənəvi zənginliyə malik Zakir müəllim qarşıya çıxan çətinlikləri aşaraq sumqayıtlıların sabaha ümidlə baxmalarına hər zaman şərait yaradır. O qeyd edir ki, sumqayıtlılar qədirbiləndirlər.

Bəli, Zakir Fərəcov  gözəl insan, xeyirxah rəhbər, dəyərli ziyalı, layiqli və nümunəvi ailə başçısıdır. Dörd qız, bir oğul atasıdır. 12 nəvənin sevimli babasıdır. Yüksək mənəviyyatı, vətənpərvərliyi, xeyirxahlığı, eyni zamanda, əqidəliyi, prinsipiallığı, əməksevərliyi və əzmkarlığı ilə sayılıb-seçilir,  sözün əsl mənasında, fenomen şəxsiyyətdir.  

75 yaşlı Sumqayıtımızın 70 yaşlı fədaisi Zakir müəllim, yubileyiniz mübarək!

Sizə sağlam uzun ömür, daha böyük nailiyyətlər  arzusundayıq.

 İlhamə  MƏHƏMMƏDQIZI

(Xüsusi olaraq "Təzadlar" üçün)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN