Ukraynada davam edən müharibədə daha iki Gürcüstan əsilli döyüşçü həlak olub.

Tezadlar.az "Ukrainskaya pravda"ya istinadla  xəbər verir ki, bu barədə Ukraynada döyüşən digər gürcü döyüşçülər məlumat yayıblar. Bildirilir ki, Zura Tsiklauri və Qoça Jvaniya Şərq Cəbhəsinin cəbhə xəttində həlak olublar. Məlumata əsasən, 2008-ci ilin avqust müharibəsinin iştirakçıları olan döyüşçülər, 2014-cü ildən Ukraynada Gürcüstan legionunun tərkibində döyüşürlər.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsində indiyədək 60-dan çox Gürcüstan əsilli döyüşçü həyatını itirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN