Xəbər verdiyimiz kimi, Azərbaycan əsgəri duman səbəbindən yolu azaraq itib. Hadisə Laçın rayonunda baş verib.

Ermənistan Milli Təhlükəsizlik Xidməti hərbçinin əsir götürüldüyünü və faktla bağlı cinayət işi başlandığını bildirir.
Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan ordusunun əsgəri Pənahov Ruslan Eldəniz oğlu səhər tezdən itkin düşüb. O, sərhəd bölgəsində azıb. Erməni tərəfi isə yolu azan hərbçimizi əsir götürüb.

Səhər tezdən Laçın rayonu ərazisində xidməti mövqelər arasında hərəkət edən əsgər əlverişsiz hava şəraiti - duman səbəbindən hərəkət istiqamətini itirib. Azərbaycanda axtarış tədbirləri davam etdirilir. Ermənistanda isə hərbçinin sərhədi keçdiyini və “zərərsizləşdirildiyini” bildiriblər (vestikavkaqaza).

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir ki, azərbaycanlı hərbçi səhər saat 05:15 radələrində Sünik rayonunun Teh kəndi yaxınlığındakı sərhəd bölgəsinə gedib çıxıb. Əsgərimiz saxlanılıb. Ermənistan İstintaq Komitəsində cinayət işi açılıb, ibtidai istintaq aparılır.

 

TEZADLAR.AZ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN