(Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə)

 

 Qədim Şərqi elm və mədəniyyət beşiyi adlandı­ran­lar yanılmırlar. Görkəmli şərqşünas alim R.Vinter ya­zır ki, “Şərq, yə­ni bütün Ön Asiya, uzun müddət ori­ji­nal sa­yıl­mış, Av­ro­pa isə onun üzünü köçürmüş şa­gird­dir. ...Demək olar ki, Avropa mədəniyyətinin hər bir yük­­­­­sələn pil­lə­si Şərqdəki böyük ixtira­nın izidir”.

Bu mənada Naxçıvan istər təbiətinə, istər coğ­ra­fi möv­qe­­yinə, is­tər relyefinə, istərsə də sosial gös­tə­ri­ci­lə­­rinə görə daim diqqət mərkəzində olan bir diyardır. Bu qədim di­yarın Araz çayının sahilində bərqərar ol­ma­­sı, 200-dən çox yeraltı şə­fa sularına (Badamlı, Si­rab, Darıdağ, Vayxır, Nəhəcir və s.) malik olması, zən­­­­­gin bios­­feri, rekord səviyyədə kənd tə­sərrüfatı məh­­­­sullarının ye­tiş­di­ril­mə­si texno­lo­gi­ya­sı, islam də­yər­­­­lərinə dərin hör­mə­­­ti, elmə, təhsilə, mədəniyyətə olan sevgisi ilə daim fərqlənən bir məkana çevril­mə­­si xü­­susi qeyd olun­ma­lı­dır.

Muxtar respublikanın təbiəti, tarixi, ic­­ti­mai-siyasi, sosial-iqtisadi və mədəni hə­­yatı sistemli şəkildə tədqiqat obyektinə çe­vrilib. Muxtar respublikaya həsr olun­muş kompleks mə­qa­lə­lər; elm və sənət adam­­­larının həyat və yaradıcılığı, di­ya­rın bü­­tün inzibati rayonları, fiziki-coğrafi ob­­­yekt­lə­ri, şəhər və kəndləri, geoloji qu­ru­lu­şu, yeraltı və ye­rüs­tü təbii sərvətləri haq­­qında xeyli məqalələr in­ter­net sə­hifə­lə­rin­də, beynəlxalq qəzet və jurnallarda işıq­­­lan­dı­rılır.

Babalarımızın ağır zəhmət bahasına qurduğu, gə­lə­nin-görənin “Nəqşi ca­han” adlandırdıqları bu gözəl şə­­­­hərin, ancaq zaman-zaman daşı-daş üstündə qal­ma­­yıb. “La­­­­kin dövran keçib, xarabazara döndərilmiş Nax­­­­çı­van xarabalıqlar için­dən dönə-dönə baş qaldırıb, ye­­ni­dən dirçələrək, əvvəlki görkəmini qaytarıb. Hətta əv­­vəl­kindən də gözəl olub. Yad gözlərin ona zillənmiş kəc baxışları isə dünən ol­du­ğu kimi bu gün də üs­tün­dən çəkilməyib”.

VII əsrin ortalarında ərəblərin Azər­­bay­cana gəlməsi ilə özünün əlverişli geosiyasi və stra­­te­ji mövqeyinə görə ərəb ordusunun dayaq mən­tə­qə­lərindən biri olan Naxçıvan sonrakı dövrlərdə siya­si-iq­tisadi-mədəni mərkəz kimi əhəmiyyətini ar­tır­mış, yü­­z illərdən bəri fəaliyyət göstərən Böyük İpək Yolu­nun şaxələri vasitəsilə о vaxtkı dünyanın məşhur ölkə və şəhərləri ilə əlaqə sax­la­mış, Azər­bay­can ata­bəy­ləri döv­ründə isə “Nəqşi cahana” çevrilərək regionun bən­zər­siz şəhəri olmuşdur.

Doğrudan da, qədim dövrlərdən Şərqi Qərblə, Şi­ma­lı Cənubla bir­­­­­­­­ləş­dir­miş, ucsuz-bucaqsız yolların qov­şağında yer­lə­­­­­­ş­­ən, Azərbaycanın ayrılmaz tərkib his­­­­­səsi olan, mə­də­­­­­­niy­­yətlərin, sivilizasiyaların yüksək zir­­vəyə çatdığı Nax­­­­­çıvan di­ya­­rının Şər­qin qapısı sa­yı­l­ma­­sı təsadüfi de­­yil. Vax­­tilə Mə­həm­­­məd Naxçıvani, Həm­­­dullah Qəz­­­­­­­­­­­vini, Katib Çə­lə­bi, Övliya Çələbi kimi tarixçi və coğrafiyaçı səy­­yah­­la­r Nax­­çı­­va­nı “Nəq­­­­şi-cahan” (“dün­­­yanın bəzəyi”) adlan­dır­­mış­­lar.

Nax­­­­­­çıvanın tarixi era­­­­­dan əvvələ söy­kən­diyi ki­mi, elm və mədəniyyət ta­ri­­­xi də çox-çox qə­dim­­lərə ge­­dib ça­tır. İntibah döv­rü­nün elm, təhsil və ma­arifi əsasən XI əsr­­dən for­ma­­laş­ma­­­­­­ğa baş­­lasa da, XII əsr­də Naxçıva­nın mə­dəni hə­­­ya­tın­­­­­­dakı ümu­mi yüksə­liş, ədəbiyyatın və fəl­­səfi fik­­rin in­­­­­­kişafı huma­nizm ide­­yalarının yayıl­ma­­sı­na rə­vac ver­­miş­­­dir. Elm-sənət mə­bədi sayılan Nax­­­çı­van tək­­­­cə öl­kə­­mizə de­yil, onun hü­dudlarından kə­­­­­­nara da – Ya­­­xın və Orta Şər­qə, Av­ro­­paya ictimai və si­yasi xadim, filo­­sof, hə­kim, sər­kər­də, alim və mü­tə­fək­­kir, şair, yazıçı, tarix­çi, memar, rəs­sam, musiqiçi, akt­­yor və di­gər adamlarının həyat və fəaliy­yə­tin­dən, ya­radı­cı­lı­ğın­dan bəhs edən çoxsaylı dü­ha­lar bəxş et­miş­dir. Həddad əl-Nə­­­şəvi (ki­tab­dar), Əbu Əbdüllah ən-Müfər­ric əl-Nə­şə­­­vi (dini hü­­quq­­çu), Əhməd ibn Ha­cəf Nəşəvi (fi­lo­­sof), “təbib­lə­rin sul­tanı” adı ilə məş­­­hur olan Ək­mə­ləddin Nax­­çı­va­ni (təbib), Həsən ibn Ömər Naxçıvani (fi­losof), Kə­ma­­ləddin Naxçı­va­ni (hə­kim, ila­­­hiyyatçı), Nəs­irəd­din Tusi (ensiklopedik alim), Nəc­­­məd­­din Nax­çı­­vani (filo­sof), İzzəd­din Nax­çı­vani (alim və ədib), İbn Sa­cə­vi, Mə­həmməd Hin­du­şah Nax­­­­çıvani (dilçi və ta­­­rixçi), Fəx­rəddin Nax­çı­­va­ni (fə­qih və hüquqşünas), Baba Ne­mə­tullah Nax­çıvani (fi­lo­sof) və başqaları bütün Şərq və Av­ro­pa dün­yasının elm xə­zi­nə­si­ni idrak və tə­fək­­­­kür­lə­ri ilə zən­­ginləş­dir­ən şəx­siy­­yət­lər olmuşlar.

Təlim-tərbiyə, mək­təb-məd­­­­­rəsə, öyüd-nəsihət yuxa­rı­­­da qeyd etdiyimiz kimi, hə­lə orta əsrlərdən möv­­­cud ol­­­­­sa da, uzun müddət milli ma­arif­çilik ideo­lo­gi­yası sə­viy­­­­yə­sinə qalxa bil­­­məmişdir. XIX əsrin sonu – XX əs­rin əvvəllərindən etibarən qə­dim elm və mədəniyyət be­­­­­şiyi Naxçıvanda ma­arif­­çi­­lik hə­rə­ka­­­tı özü­nü gös­­tər­mə­­­­yə baş­la­dı. Çünki dövr, za­man yeni milli dün­­yə­vi mək­­­­­­təblərin yaradılmasını tə­ləb edirdi. Bu mənada gör­­­­­­­­­­­­­kəmli pedaqoq, maarif­çi-şair Mə­həm­­məd Tağı Sid­­­­­­­­­­­qi əvəz­olun­maz vətən­pər­vər nə­­­slə ustadlıq edərək (Mə­­­­m­­­­məd Səid Ordubadi, Əliqulu Qəm­küsar, Hüseyn Ca­­­vid, Əziz Şərif, Rza Təhmasib, Rza­­qulu Nəcə­­fov, Əli Səbri Qa­­­sı­­­mov, Bəhruz Kən­gər­­li, Məm­­məd Əli Sid­­­­­­qi və b.) Naxçıvanda maarifçi mü­­­­hiti həm də ədə­bi-pedaqoji hərəkat səviyyəsinə qal­­­dır­dı.

Azərbaycanın xalq yazıçısı Mirzə İbrahimovun tə­bi­­­­­rincə desək, “Günəş yurdu” ad­­lanan Naxçı­vanda alim­ və pedaqoqlar el­min inkişafında get­dik­cə daha ar­­­­tıq işlər gör­­­mə­­yə baş­la­dılar. Ölkəşü­nas­­lıq, pedaqo­gi­­­­­­ka və psi­xo­­logiya, dil­şü­­naslıq, tarix və di­gər elm sa­hə­­­­­ləri üzrə müa­­sir məz­­mun­lu yeni əsərlər ya­radıldı, elm­­­­də dəqiq­lik prin­­sip­ləri get-gedə dərin­ləş­di. Məktəb və pedaqoji fikir tarixinin qa­baq­­cıl xadim­lə­ri (Mə­həm­­­­mədağa Şah­­­­­­­taxt­lı, Mə­həm­­məd Tağı Sidqi­, Qur­ba­­­nə­­li Şə­­­­­­­rif­za­də, Cəlil Məm­­məd­­­quluza­də, Məmməd Səid Ordu­ba­di­, Əli­­qulu Qəm­kü­sa­r, Hüseyn Ca­vi­d və b.) va­si­tə­silə mü­tərəqqi icti­mai və pedaqoji ideyalar Azər­­­­­­bay­ca­na və onun hüdud­la­­­rın­dan kənara nü­fuz et­di. Öm­rü­nün 50 ildən çoxunu mətbuat, mək­təb, maarif və əlif­­ba məsələlərinə həsr et­miş Mə­həm­mədağa Şah­taxt­­lı­dan bəhs edən görkəmli fran­­sız alimi Lüsyen Büva Şah­taxt­lını öz ölkəsi­nin “ya­xın dos­­tu, müsəlman dün­­­­­ya­­sı­­­nın bütün ümid­lə­ri­ni doğ­rul­da­caq bir şəxs” ad­­­­­­lan­­dı­rırdı. Çünki M.Şahtaxtlı cə­miy­­yə­tin in­ki­şa­fın­da təh­­­silin, elmin mü­hüm əhəmiyyəti ol­du­­­­­ğu­nu kon­sep­­­tu­al şəkil­də işləyən şəxsiyyət­lər­dən ol­muş­­dur. Redaktoru olduğu “Şərqi-Rus” qəzetinin məqsədini Mə­həm­mədağa Şah­taxt­­lı­ belə izah edirdi: “Məsləkimizi hər kəs bilir: Məmləkətimizin mədəniyyətinə xidmət etməkdir”. Başqa bir yazısında isə gənclərə müraciətində yazırdı: “Elmin dalınca gedin. Elm insanı irəli aparır”.

      Azərbaycanda milli maarif­çi­­li­­yin formalaşma və in­ki­şafında Məhəmmədağa Şah­­­­­­­­taxt­lının (1848-1931), Mə­­­­­­­həmməd Ta­ğı Sidqinin (1854-1903), Qur­ba­­­nə­li Şə­­­­­­­rif­­­­­zadənin (1854-1917), Cəlil Məm­məd­­­­­­quluzadənin (1869-1932), Məmməd Səid Ordubadinin (1872-1950), Əliqulu Qəm­küsarın (1880-1919), Hüseyn Ca­vi­­­­din (1882-1941) və başqala­rı­nın özünə­məx­­sus xid­mətləri olmuş, təh­­­­silin prinsipləri, tər­­­bi­yə üsulları­, əx­laq, vətənpərvərlik, mə­nə­viyyat, bədii zövq və s. ki­mi zə­­­ru­ri mə­sə­­lələrdən bəhs et­miş­lər. Onların qar­şı­sına qoyduğu əsas məqsəd xalqı maarif­lən­dir­­­mək, və “bə­­si­rət sahibi etmək” ideyası idi.

      Öz zəmanəsinin və bugünkü dövrün böyük pedaqoqu sayılan Mə­­­­­­­həmməd Ta­ğı Sidqi ruhani təhsil almasına baxmayaraq xalqın maariflənməsi üçün əzmlə ça­lış­mışdır. Mə­­­­­­­həmməd Ta­ğı Sidqinin mühüm xidmətlərindən biri də məktəblər üçün müvafiq dərsliklər tərtib etməsi olmuşdur. Müxtəlif yerlərdən gətirdiyi dərsliklərlə ki­fayətlənməyən Sidqi, özü müxtəlif fənlər üzrə dərsliklər nəşr etmiş­dir. Onun ar­xi­vində saxlanılan “Nümuneyi-əxlaq”, “Coğrafiya xüsusunda məlumati-mücmə­lə”, “Əssərfül-ümmül-elm və Nəhvi-Ərəb” (Ərəb dilinin sərfi-nəhfi), “Tənviri Əfkar və təfhimi-insaniyyət”, “Töhfeyi-Bənat, yainki qızlara hə­diy­yə”, “Qiraəti-fən­niyə”, “Hifzi-səhhə” kimi dərslikləri Sidqinin bir müəllim kimi Qərb mədəniy­yə­tinə də təsirindən xəbər verir. “Elm və mərifətsiz insan meyvəsiz ağaca bənzər” – deyən Mə­­­­­­­həmməd Ta­ğı Sidqi xalqın maarif­lənməsi işində əvəzsiz işlər gör­müş­dür.

      Fransız sosialisti Jan Jores yazır ki, “Keçmişin mehrabına müraciət edərkən – onun külünü yox, odunu götürün”. Bu mənada tarixi era­­­­­dan əvvələ söy­kənən Nax­­­­­­çıvanın görkəmli maarifçiləri  elmi, təsili, milli maarif­çi­­li­­yi bir mayak kimi nəsildən-nəslə yadigar qoyub getmişlər. Cəmiyyətin tərəqqisi, elmin, mədəniyyətin inkişafının qüdrətli vasitəsi rolunu oynayan elm və təhsil ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da hərtərəfli qayğı ilə əhatə olu­nub.

Kamal Camalov,

Pedaqogika elmləri doktoru, professor,

Azərbaycan Respublikasının Əməkdar müəllimi

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN