"Mən heç şübhə etmirəm ki, əgər Putin Ukraynada uğur qazansa, növbəti hədəf Gürcüstan olacaq".

Tezadlar.az CNN- ə istinadla bildirir ki, ABŞ-ın keçmiş müdafiə naziri və Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Leon Panetta "Amerikanın səsi"nin Gürcüstan redaksiyasına eksklüziv müsahibəsində belə deyib. Sitat: “Məncə, aydındır ki, əgər biz Putini Ukraynada dayandırmasaq, o, təkcə Gürcüstana deyil, həm də Rusiya ilə həmsərhəd olan NATO üzvü olan digər ölkələrə qarşı təcavüzünü davam etdirəcək. Ona görə də ABŞ-ın Gürcüstanın təhlükəsizliyini təmin etmək üçün onunla işləməyə çalışması vacibdir. Gürcüstan açıq şəkildə bildirməlidir ki, o, öz müqəddəratını təyin edən suveren güc olaraq qalmalıdır. Gürcüstan bir çox səbəblərə görə mühüm ölkədir. Lakin Gürcüstanla bağlı ən vacib şey gürcü xalqının azadlıqdan bəhrələnmək bacarığıdır”.
 O həm də qeyd edib ki, kəşfiyyat arenasında işlədiyi müddətdə Vladimir Putinin əsas məqsədinin həm ABŞ-da, həm də başqa yerlərdə “demokratiyanı sarsıtmaq” olduğu aydın olub: “Kəşfiyyat arenasında keçirdiyim bütün vaxt ərzində Vladimir Putinin nə ilə məşğul olduğu barədə məlumat aldım. Aydın olurdu ki, Putinin əsas məqsədi ABŞ-da və başqa yerlərdə demokratiyanı sarsıtmaqdır. Bu, onun əsas məqsədidir və təbii ki, milli təhlükəsizliyimizi qorumaq üçün biz əmin olmalıyıq ki, Putin öz niyyətinə nail olmasın”, - deyə Leon Panetta bildirib.

Ukrayna ərazisində isə müharibə hələ də davam edir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN