«Təzadlar»ın rəsmi saytının bazar günü buraxılışında SOCAR- ın tabeliyindəki "Azneft" İstehsalat Birliyinin kran sürücüsü Əsgər Quliyevin şikayəti əsasında

hazırlanmış «"BİZƏ VERİLƏN DİZEL YANACAĞININ 6 FAİZİ SUDUR..."- SOCAR- DAN DAHA BİR ŞİKAYƏT» başlıqlı yazıya QSC-nin mətbuat xidmətindən cavab gəlib. Aşağıda olduğu kimi təqdim edirik: «Salam, hörmətli "Təzadlar"ın Araşdırma Qrupu. Məlumat üçün bildiririk ki, SOCAR- IN "Azneft" İstehsalat Birliyinin kran sürücüsü Əsgər Quliyevin sosial şəbəkə vasitəsilə etdiyi müraciət həmin gün dərhal cavablandırılıb. Vətəndaşın sizə göndərdiyi məktubu nəzərə alaraq, müraciətini bir daha cavablandırırıq: Qeyd edək ki, “SOCAR PETROLEUM” QSC-yə məxsus yanacaqdoldurma stansiyalarında (YDS) satışı həyata keçirilən yanacağın 92%-i yerli istehsal, 8%-i isə idxal hesabına əldə olunur. Yerli istehsal yanacaqlar birbaşa olaraq Heydər Əliyev adına Neft Emalı Zavodundan (NEZ) alınır. QSC yanacaq istehsalı ilə bağlı heç bir məsuliyyət daşımır. Əlavə olaraq, bildiririk ki, ölkə ərazisindəki bütün yanacaqdoldurma stansiyalarında satışı həyata keçirilən yanacaq növlərinin keyfiyyətinə nəzarət məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır. Bu günə qədər SOCAR brendli YDS-lərdə satışı həyata keçirilən yanacağın keyfiyyəti ilə bağlı hər hansı dövlət qurumu tərərəfindən rəsmi qaydada müraciət və irad daxil olmayıb.

Təşəkkür edirik!».

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN