Azərbaycan Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir müddətdir ki, hər gün səhərin gözü açılan kimi sürücülərin qanını it qanına döndərən məlumat yayır...

Ki, Bakının filan küçələrində tıxac var, alternativ yollardan istifadə edin və s. Bu gün də həmin siyahı yayımlanıb. Baxın: "1. Heydər Əliyev prospekti, kənar yol, mərkəz istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 3. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində; 4. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası istiqamətində; 5. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində; 6. "20 Yanvar" dairəsində; 7. Babək prospekti, mərkəz istiqamətində; 8. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində; 9. Gülarə Qədirbəyova küçəsi, Koroğlu Rəhimov küçəsi istiqamətində; 10. Qara Qarayev prospekti, "Qara Qarayev" metro stansiyasından "Koroğlu" metro stansiyası istiqamətində; 11. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində; 12. Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər); 13. Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur".

 Bakının küçələrinə az-çox bələd olanlar bilir ki, siyahıdakı tıxaclı yollar o deməkdir ki, küçəyə çıxmamaq məsləhətdir. Yəni, Bakının əsas və işlək yolları bunlardır, onlar da bağlıdırsa, yəni yol polisinin əməkdaşları avtomobilləri yollara növbə ilə buraxırsa (elə bil xarici ölkələrin gömrük postudur), deməli, yola çıxmağa dəyməz. Yola çıxmağa dəymirsə, deməli, işə getmək, həkimə yollanmaq, instituta, məktəbə, bağçaya... getməyə də dəyməz!

İndi sual yaranır: Azərbaycanın və o cümlədən Bakının yolları üzərində status qazanmış 10-a yaxın dövlət qurumu var. İçində nazirlər də var, xidmət prezidentləri, baş idarə rəisləri, Bakının İcra Başçısı, rayonlarınkı da bu sırada... Və yekunda Daxili İşlər Nazirliyinin İntellektual İdarəetmə Mərkəzi sürücülərə tıxaclı yolların siyahısını verməklə işini bitirir. Hansı ki, Bakı sürücüləri o yolların nə gündə olduğunu gözəl bilir, onlara bu barədə yol göstərmək, yəni alternativ yolları nişan vermək lazım deyil. Tıxacsız yolların siyahısını təqdim etmək lazımdır.  

Ən vacibi, Bakının yollarından çörək qazanan, vəzifə tutan onlarla yüksək vəzifəli məmur var, niyə onların Bakı sakinlərini və paytaxtın qonaqlarını uzun illərdir çərlədən, canını boğaza yığan bu tıxaclar barədə hansısa bir səmərəli təklifi, real işi görünmür??? Yaxşı, Prezident İlham Əliyev Makronla, Paşinyanla... mübarizə aparsın, yoxsa məmurların günahı üzündən Bakını tənginəfəs edən tıxaclarla???

Bizim media olaraq gücümüz söz deməyə çatır, məmurların gücü isə bu sözü böyüdüb, tutalqa edib Bakının məlum problemini həll etməyə yetər yəqinki...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA