Qarabağın taleyi və hüquqi mənsubiyyəti ilə bağlı maraqlı məqamlar üzə çıxır...

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova "Zvezda" telekanalının efirində deyib: "...Moskva və KTMT-nin Dağlıq Qarabağda münaqişə gərginləşdiyi dövrlərdə Ermənistana kömək etmədiyi haqqında bəyanatlar yalandır... Hansı ki, Qərb ölkələri Ermənistanın Dağlıq Qarabağdan rəsmi imtinası mövzusunu irəli sürürdülər... NATO-luların diktəsi ilə yazılan sənədlərdə tanınmamış respublikanın sakinlərinin hüquqları heç bir şəkildə toxunulmayıb və ya onların hüquqlarına zəmanət verilməyib. Rəsmi Yerevan bu qərarı Qərblə məsləhətləşmələrdə sonra qəbul edib. Əsas odur ki, indi Yerevanda hazırkı hakimiyyət digər ərazilər, kəndlər və s. ilə bağlı sərəncam verərkən bunu unutmasın, öz qərarlarına görə məsuliyyət daşısın və təqsiri heç kimin üstünə atmasın".

Zaxarova həm də deyib ki, Paşinyanın Qazax rayonunun kəndlərinin Azərbaycana qaytarılması zərurəti haqqında bəyanatlarını müsbət qarşılamır... Sitat: "Qarabağa gəlincə, Moskva bir daha təsdiq edib ki, bu regionun Azərbaycanın tərkib hissəsi kimi tanınmasının tərəfdarı deyildi və Yerevan bunu Qərbin tövsiyəsi ilə edib".

Sual yaranır: yaxşı, onda bu vəziyyətdə Azərbaycanın dostu və strateji tərəfdaşı kimdir, Rusiya, ya Qərb? Zaxarovanın ikibaşlı sözü nəyə işarədir və nəyə hesablanıb??? Vacib odur ki, Azərbaycan Rusiyanın yüz illərdir sırıdığı bu problemi, nəhayət, Azərbaycan özü həll etdi... 

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN