Nəhayət, Avstraliya İttifaqının qanunverici orqanı olan Federal Parlamentində 9 senator və 14 konqresmendən ibarət Avstraliya-Azərbaycan  Parlamentlərarası dostluq qrupu təsis edilib...

Dostluq Qrupundan "Təzadlar"a verilən məlumatda deyilir ki, Azərbaycanın Avstraliyadakı səfirliyinin təşəbbüsü və ardıcıl səyləri nəticəsində yaradılan qrupa Federal Parlamentin Seçim Komitəsinin üzvü Dr. Mike Freelander (hakim Leyboristlər Partiyası), sədr müavini olaraq kölgə ticarət nazirinin müavini Rick Willson (müxalif Liberal Partiyası) rəhbərlik edəcək. Qrupun tərkibində həmçinin Avstraliyanın siyasi həyatında aktiv rol oynayan Senatın prezidenti Lins Sue, kölgə xarici işlər naziri senator Saymon Börminqham, Seçki Məsələləri üzrə Birgə Daimi Komissiyanın sədr müavini Senator McGrath James, Senatda Milli Partiyasının fraksiya rəhbəri Senator Ross Cadell kimi çox saylı siyasətçilər yer alıb. Avstraliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun yaradılması iki ölkə parlamentləri arasında əməkdaşlığın və ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından əhəmiyyətli addımdır. Milli Məclisdə yaradılmış Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun tərəf müqabili kimi Avstraliya-Azərbaycan parlament qrupu iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətə öz töhfəsini verəcək. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Milli Məclisində də 11 millət vəkilindən ibarət Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri deputat Asim Mollazadədir.

*** 

Xatırladaq ki, 2020-ci ilin 44 günlük müharibə dövründə Avstraliya parlamenti qondarma "DQR"I tanıma barədə müzakirələrə başlamışdı. Təəssüflər olsun, Azərbaycanın rəsmi qurumları bu əsassız müzakirələrə dərhal reaksiya vermədilər. Ola bilsin bu həm də müharibənin gedişi ilə bağlı idi. Bununla belə "Təzadlar"ın baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili Avstraliya Parlamentinin rəhbərliyinə dərhal müraciət edərək ermənilərin Qarabağa 1828-ci ildə Rusiya-İran müharibəsinin bəhrəsi kimi köcürülmələrini təsdiq edən sənədləri göndərdi. Qarşı tərəfdən dərhal reaksiya gəldi və ermənilərin Qarabağa köçürülmələrini və Azərbaycan ərazilərini işğal etməsini təsdiqləyən mötəbər sənədlər istənildi. Jurnalist BMT TŞ-nin qətnamələrini və digər tarixi sənədləri toplayıb Avstraliya Parlamentinə göndərdi. Cavab gəldi ki, parlamentin aparatı bu sənədləri təhlil edərək müvafiq qərar qəbul edəcək. Belə də oldu, "DQR" görbagor oldu!

İndi Avstraliya İttifaqının qanunverici orqanı olan Federal Parlamentində 9 senator və 14 konqresmendən ibarət Avstraliya-Azərbaycan  Parlamentlərarası dostluq qrupunun təsis edilməsi təqdirəlayiqdir! Hansı ki, "Təzadlar" 44 günlük müharibə dövründə Avstraliya Parlamentinin məlum müzakirələri barədə yazı yayımlayanda bu məsələnin, yəni  Avstraliya İttifaqının qanunverici orqanı olan Federal Parlamentində Avstraliya-Azərbaycan  Parlamentlərarası dostluq qrupunun yaradılmasının vacibliyi barədə mövqe və arzu sərgiləmişdi...

A.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN