Ermənistanın indiyədək törətdiyi cinayətlər hələ də beynəlxalq məhkəmə sanksiyalarında ifadə edilmir...

Bəs buna səbəb nədir? Elə Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzov parlamentin iclasında Azərbaycan xalqına məxsus irslərin geri qaytarılması üçün beynəlxalq məhkəmələrdə iddia qaldırılmalı olduğunu bəyan edib. O, plenar iclasda çıxış edərkən deyib ki, Ermənistan və İran Azərbaycan mədəniyyət nümunələrini öz adına çıxaraq dünya bazarlarında satırlar. Sitat: "...ABŞ-da olan mağazalarda Azərbaycan xalqının maddi-mədəni irsinə aid olan əşyaların satışa çıxarılmasının şahidi olmuşam... Həmin əşyaların satışını təşkil edən də Ermənistan və İran vətəndaşları idi. Azərbaycanda mindən çox muzey, məscidlər işğal dövründə dağıdılaraq başqa xalqın nümayəndələrinə satılıb. Hesab edirəm ki, bu məsələ barədə ciddi məşğul olunmalı və sözügedən cinayət əməlləri barədə faktlar toplanaraq Azərbaycan xalqına məxsus irslərin geri qaytarılması üçün əməli addımlar atılmalıdır”.

Bəli, Ermənistan 30 illik işğalı zamanı Qarabağda ələ keçirdiyi mədəniyyət nümunələrimizi indi öz adına çıxaraq ondan ticarət düzəldir, pul qazanır.

Tezadlar.az xatırladır: Avropa Məhkəməsi çətin ki, bu oğurluğa görə Ermənistana sanksiya tətbiq etsin. Amma bu yaxınlarda Türkiyədə Beynəlxalq Müharibə Cinayətlərini Araşdırma Məhkəməsi təsis edilib. Məhkəmənin təsisçisi Azərbaycansevər siyasətçi Salih Kurt tezadlar.az-a danışarkən dedi ki, o, bu məsələdə vacib addımları atmaqdadır: "Biz tezliklə Azərbaycanın rəsmi qurumları ilə əməkdaşlıq qurmağa çalışırıq... Sonra isə Türk Dövlətləri Birliyinin üzv ölkələrinin rəsmi qurumları ilə. Bəli, Ermənistanın işğalçılığına hüquqi qiymət verilməlidir və biz bunu edəcəyik. Bu ölkə 30 il ərzində Azərbaycan torpaqlarını nəinki işğal etdi, həm də əraziləri viran qoydu, maddi mədəniyyət nümunələrini yağmaladı...".

İnanırıq ki, bu məhkəmənin ilk iclas və sanksiyalarından biri məhz Ermənistanın bu cür oğurluqlarına həsr ediləcək...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN