"Qarabağın keçmiş sahə komandiri Vitali Balasanyan Qarabağı dağ yolları ilə tərk edə bilib...

Bu, Azərbaycan SQ-nin 19-20 sentyabr 2023-cü il tarixində həyata keçirdiyi hərbi əməliyyatlardan bir neçə gün sonra baş verib. Tezadlar.az turan-a istinadla bildirir ki, bu barədə Ermənistanın teleqram kanallarından biri Balasanyanın ətrafındakı insanlara istinadla məlumat yayıb. Həmin mənbənin məlumatına görə, Balasanyan sentyabrın 28-də Xankəndindən çıxıb. Bundan dərhal sonra ona Azərbaycan tərəfin bunu öyrəndiyi və Laçın sərhəd-buraxılış məntəqəsində onu gözlədiyi haqqında məlumat veriblər. Bundan sonra o, maşından düşüb və dağ yolları ilə gedərək, oktyabrın ilk ongünlüyündə Ermənistana çatıb. Ermənistanda hüquq-mühafizə orqanları onu dindirib, azərbaycanlıların onu necə buraxdığını aydınlaşdırmağa çalışıb. Bundan başqa, ondan Nikol Paşinyana qarşı siyasi proseslərdə iştirak etməməyi tələb ediblər. Məhz buna görə Balasanyan Ermənistanın siyasi səhnəsində görünmür, onun ətrafındakı insanlar belə deyir. 

Xatırladaq ki, Vitali Balasanyan 1992-ci ilin fevralında Xocalıda kütləvi qətllərdə iştirak etmiş hərbi cinayətkardır. Sonrakı illərdə o, "Qarabağın nazir müavini" vəzifəsini tutub və Ermənistan silahlı qüvvələrinin bölmələrinə rəhbərlik edərək, Azərbaycan SQ-yə qarşı döyüşlərdə iştirak edib.

Amma o da bilir ki, törətdiyi cinayətlərdə görə cavab verməlidir. Bu isə gec, ya tez, baş tutacaq... Daha doğrusu, heç kim unudulmur, heç nə yaddan çıxmır...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN