Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı Ermənistan Müdafiə Nazirliyinin rəhbəri ilə görüşüb.

Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı vəzifəsində Mixail Kosobokov Rüstəm Muradovu əvəz edib.

Yerevan, 9 Sen-Sputnik. Bu gün Ermənistanın müdafiə naziri Arşak Karapetyan Rusiya sülhməramlı kontingentinin yeni komandanı, general-mayor Mixail Kosobokov  və Rusiyanın 102-ci hərbi bazasının komandanı, polkovnik Dmitri Ovçarovla görüş keçirib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, görüşdə RF-nin Ermənistandakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesi, polkovnik İqor Şerbakov da iştirak edib.

Ermənistan Müdafiə Nazirliyinin rəhbəri Rusiyanın regionda hərbi-siyasi vəziyyətin sabitləşməsinə yönəlmiş səylərini, həmçinin Dağlıq Qarabağda sülhyaratma missiyasının səmərəliliyini yüksək qiymətləndirib.

Görüş zamanı tərəflər regional təhlükəsizlik problemlərinə dair fikir mübadiləsi aparıblar.

Karapetyan Kosobokovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və sülhməramlı missiyanın yerinə yetirilməsində uğurlar arzulayıb. Nazir Ovçarovu hərbi bazanın komandiri vəzifəsinə təyin olunması münasibətilə də təbrik edib. O, Ermənistanda dislokasiya edilmiş Rusiya bazasının mühüm rolunu və əhəmiyyətini qeyd edib.

İndi bu görüşü necə başa düşək? Rüstəmov Muradov gediəndə Yerevanda görüşlər keçirir, Araik Arutyan bu görüşdə iştirak edir. İndi də "sülhməramlılara" komandir təyin olunmuş Kosobokov ilk gprüşünü Yerevanda, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşür. Adama deyərlər ki, cənab Kosobokov, siz Azərbaycan ərazisində yerləşən sülhməramlılara başçı təyin olunmusunuzsa, Yerevanda nə itiniz azıb? 

Qeyd edək ki, Kosobokov bundan əvvəl 58-ci Ümumqoşun Ordusu (Cənub Hərbi Dairəsi) komandanının müavini vəzifəsində çalışmışdır. O vaxtilə Abxaziyada rus hərbi bazasına komandirlik edib. Kosobokov  Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin komandanı vəzifəsində Rüstəm Muradovu əvəz edib.

 

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN