10 sentyabr Dünya İntiharla Mübarizə Günü kimi qeyd olnur.

İntihar qəsdən özünün ölümünə səbəb olan hərəkətdir. Risk faktorlarına depressiya, bipolyar pozuntu, şizofreniya, şəxsiyyət pozğunluğukimi ruhi nasazlıqlar da aiddir. İntihar maliyyə çətinliklərindən, münasibətlər ilə bağlı çətinliklərdən və s. bu kimi ciddi səbəblərdən yarana bilər.
İntiharın qarşısının alınması üçün yaradılmış Beynəlxalq Assosiasiya Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilə birgə ictimaiyyəti bu gündə intihar nəticəsində itirilə biləcək insan həyatını xilas etmək məqsədilə məsuliyyət hissinin gücləndirilməsi üçün maarifləndirmə işləri aparır, müxtəlif tədbirlər həyata keçirir..
ÜST-nin hesabatına əsasən, ildə 1 milyon insan özünü öldürür. 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır. Hal-hazırda intihar səviyyəsinə görə Qərbi Avropa birinci yerdədir.

Azərbaycanda da intihar faktları getdikcə intensivləşməkdədir.
Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Səbuhi Pənahov "Report”a təqdim etdiyi məlumata əsasən, təkcə 2016-cı ilin son ilin 9 ayı ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə 500 cinayət işi başlanıb, zərərçəkmiş qadınların sayı 156, yetkinlik yaşına çatmayanların sayı 27 nəfər olub.

Ölkədə ötən il Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə 658 cinayət işi başlanıb. Zərərçəkmiş qadınların sayı 183, yetkinlik yaşına çatmayanların sayı isə 31 nəfər olub.

Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN