Baş nazir Nikol Paşinyan ötən gün Tavuşda Ermənistan və Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə protokolun imzalanmasını böyük uğur adlandırıb.

Tezadlar.az “Sputnik-Armenia”ya istinadən xəbər verir ki, hökumətin iclasında Paşinyan qeyd edib ki, bu, Ermənistanın suverenliyi və təhlükəsizliyinin daha da möhkəmləndirilməsi üçün təməl daşı olub. Baş nazir bildirib ki, müstəqillik tarixində ilk dəfə olaraq Ermənistan rəsmi olaraq delimitasiya edilmiş sərhədə malikdir. O, bu prosesə görə Ermənistanın baş nazirinin müavini Mher Qriqoryanın rəhbərlik etdiyi hökumət komissiyasına və digər səlahiyyətli strukturlara təşəkkür edib.

Paşiniyan deyib ki, Ermənistan sərhədçiləri artıq 10 gündür ki, Bağanis-Voskepar ərazisində xidmət aparır: “Yəni sərhəd dirəkləri quraşdırılandan bəri həmin əraziyə sərhəd qoşunları yerləşdirilib. Hazırda ərazi daimi xidmət üçün tədqiq olunur. Bu proses digər sahələrdə də baş verəcək”, - deyə o vurğulayıb. N.Paşinyan Berkaber ərazisində demarkasiya prosesində heç bir problem olmadığını qeyd edib. Qeyd edək ki, 2024-cü il mayın 15-də Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın doqquzuncu görüşü keçirilib.

Bəli, vasitəçilər 30 il həm Azərbaycanın, həm də Ermənistanın vaxtını aldı. Artıq iki ölkənin problemləri öz aralarında həll edilməlidir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN