2023- cü ildə Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub.
Tezadlar.az xatırladır ki, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb. Məlumarda deyilir ki, bu tip cinayətlərə məruz qalanların 24-ü Bakı, 11-i Gəncə və 5-i Sumqayıt şəhərləri, 6-sı Tovuz, 3-ü Sabirabad, 3-ü Ağdam və digər rayonların payına düşür. Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə edilir.
Qeyd edək ki, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovdur.bu istiqamətdə mübarizələr davam edir. Sadıcə, qadlnlar da bu cür cinayətlərin qurbanı olmamalı və maariflənməlidirlər.
Ekspert, sabiq polis polkovniki Şəmsəddin Əliyev "Təzadlar" a bildirdi ki, insan akverinin qurbanları olan qadınların maariflənməyə daha çox ehtiyacı var. Yanlız bu yolla bu tip cinayətlərin qarşısı alına bilər...
A.Məmmədli