Ailə Məcəlləsinə ailəli, uşaqlı qadınların işə 1 saat gec gəlib, işdən isə 1 saat tez getməsini maddənin salınmasını vacib hesab edirəm.

TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Rzayev deyib.

Deputat bildirib ki, qadınlar səhər uşaqlarını məktəbə yola salır, həyat yoldaşlarına çay süfrəsi hazırlayıb işə vaxtında getməsini təmin edir.

"İşdən gəldikdən sonra isə ev işləri ilə, uşağının dərsləri ilə məşğul olur. Ona görə də özün baxmağa və istirahət etməyə vaxt tapmır. Qaça-qaça işə gedir, tələsik gəlir, yeməyi vaxtında yeyə bilmir, bəzən ərinin qayğıları ilə lazımınca məşğul ola bilmir, təntiyir, yorulur, əldən düşür. Bəzi qadınlarımız Sumqayıtdan, Mərdəkandan Bakının mərkəzinə işə gəlir. O zaman onların hansı vəziyyətdə olmasını təsəvvür edə bilərsiz", - deyə deputat qeyd edib.

Qeyd edək ki, deputatın verdiyi təklif həyata keçərsə, bunun uşaqlı qadınların həyatına mühüm təsiri ola bilər. 

Nəzərə alsaq ki, uşaq bağçaları belə saat 18.00-a kimi işləyir və bu zaman, eyni vaxtda işdən çıxan ana övladını zamanında bağçadan belə götürə bilmir. Səhərlər isə saat 9.00-da iş başında olmalı olan analar övladlarını məktəbə və bağçaya da daha tez aparmalıdılar ki, işə gecikməsinlər. Və bu zaman, nəinki ana vaxtından tez yuxudan oyanmalıdır, eyni zamanda uşaqların da yuxusu və istirahəti pozulmuş olur. Güman edək ki, deputat Tahir Rzayevin təklifi nəzərə alınacaq və bu, təkcə dövlət qurumları və müəssisələrində deyil, özəl şirkətlərdə də nəzərə alınacaq.

 

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN