Qarqar çayından Ergi qəsəbəsinədək olan 7 km-lik yolun əsaslı təmirinə göstəriş verildi…

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bu gün mayın 24-də Ağdam rayonunda vətəndaşları qəbul edib. Qəbul Ağdam rayonunda (Quzanlı şəhəri) Heydər Əliyev Mərkəzinin inzibati binasında keçirilib. Qəbulda Ağdam, Ağcabədi və Laçın rayonlarının rəhbər işçiləri, eləcə də adı çəkilən rayonların sakinləri iştirak ediblər. 

Vətəndaşların əsasən yol və digər problemlərini dinləyən AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədov onların haqlı xahiş və şikayətlərinin dərhal həll edilməsinə göstəriş verib.

 Görüşdə Ağdam rayonunun Mərzili kəndindən olan və hazırda Ergi qəsəbəsində məskunlaşan nümayəndələr də iştirak ediblər. Görüşdə iştirak etmiş Elgün Məmmədovun verdiyi məlumata görə, Saleh Məmmədov Ergi qəsəbəsinin yol problemləri ilə bağlı xahiş və təklifə olduqca səmimi yanaşıb: «…Biz ata yurdumuz Mərzili kəndindən Ermənistanın məlum işğalçılıq siyasətindən sonra -1992-ci ildə köçkün düşdük, qohumlarım, ailəmiz Ergi qəsəbəsində və Quzanlıda məskunlaşmalı olduq. Hazırda əmimgil və digər qohumlarımızın hamısı Ergi qəsəbəsində yaşayır. Lakin Qarqar çayından Ergi qəsəbəsinədək olan 7 km-lik yol müharibə dövründə hərbi texnikanın hərəkəti sayəsində tamamilə dağılmışdır. Qəsəbəyə gediş-gəliş 32 ildir problem olaraq qalmışdı. Düzdür, dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, problem həllini tapmırdı. Yolsuzluq nəticəsində həm qəsəbədə yaşayanlar ətraf bölgələrə gedən zaman, həmçinin qəsəbədəki qohumları və doğmalarına baş çəkmək istəyənlər 32 ildir əziyyət çəkirdi… Nəhayət, bu gün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov biz Mərzili kəndinin nümayəndələrini də qəbul etdi, problemlərimiz çatdırıldı… Saleh müəllim xahiş və təklifləri səmimi dinlədikdən sonra Mərzili kəndinin ziyalılarına, xüsusən də dünya şöhrətli alim Xudu Məmmədova və digər ziyalılarımıza dərin hörmətini ifadə etdi. Daha sonra bildirdi ki, həmin yolun vəziyyəti barədə ona rəsmi arayış təqdim olunub və 7 km-lik yol tezliklə təmir edilərək asfaltlanacaq… Odur ki, 32 ildir durğunluq yaşamış, bu ərazidə yaşayan on minlərlə məcburi köçkünlərin həyati əhəmiyyətli probleminin həllinə dəstək verdiyinə görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova kəndimizin və bu ərazidə yaşayan on minlərlə məcburi köçkünlərin adından dərin təşəkkürümüzü çatdırırıq…».

saleh-mem-y

Xatırladırıq ki, bu günkü vətəndaş qəbulu mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin 2024-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş tutmuşdur.

Elbar Şirinov

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN