Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edən minlərlə vətəndaş Tbilisinin müxtəlif yerlərində toplaşaraq Azadlıq meydanına və Daxili İşlər Nazirliyinə yürüş ediblər.

Tezadlar.az Gürcüstan mediasına istinadla bildirir ki,  nümayişçilər “Rusiya qanunlarına yox”, “Rusiyaya yox, Avropaya hə” "Yaşasın Azad Gürcüstan" kimi şuarlar səsləndiriblər. Yürüş iştirakçılarının sözlərinə görə, Daxili İşlər Nazirliyinin önünə toplaşmaqda simvoliq məqsəd var. Onların sözlərinə görə, polis son aksiyalar zamanı “Xarici təsirin şəffaflığı haqqında” qanuna etiraz edən aksiya iştirakçılarını qanunsuz olaraq həbs edib və cərimələyib.

Təşkilatçılar bildiriblər ki, bugünkü yürüş Daxili İşlər Nazirliyininin önündə çıxışlardan sonra başa çatacaq.

Onu da xatırladaq ki, artıq bir aydan çoxdur ki, vətəndaş təşkilatları, siyasi partiyalar, tələbələr və vətəndaşlar “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edirlər. Bu qanun isə ölkə daxilində gərginlik yaratmaqdan əlavə, həm də Gürcüstanla bir çox Avropa ölkələrinin və ABŞ- ın arasına soyuq münasibətlər gətirib.

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN