"Çoxlu Avropa komissarları var və onlar tez-tez məsuliyyətsiz, cəfəngiyat bəyanatlar səsləndirirlər".

Tezadlar.az xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin ötən gün Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə Avropa İttifaqı komissarı Oliver Varhelyi arasındaki telefon danışığına münasibət bildirərkən deyib. Jurnalist Vladimir Putinə sual verərək soruşub ki, "Bu yaxınlarda Gürcüstanın baş naziri bəyan edib ki, Avropa komissarlarından biri, xarici agentlər haqqında qanunun icrasına başlanacağı təqdirdə Slovakiyanın baş naziri Robert Fizonun taleyi kimi hadisələri nümunə gətirib. Bunu necə qiymətləndirirsiniz?".

 Rusiya prezidenti sualın cavabında deyib: "Hansısa komissarın dediklərinə şərh verə bilmərəm - Çoxlu Avropa komissarları var və onlar tez-tez məsuliyyətsiz, cəfəngiyat bəyanatlar səsləndirirlər, amma əgər həqiqətən də hər şey sizin dediyiniz kimidirsə - buna siyasi axmaqlıqdan başqa bir şey deyə bilmərik. Təəssüflər olsun ki, Qərbdə, xüsusən də bu istiqamətdə orta ranqlı məmurların məsuliyyətsizliyi artmaqdadır və biz çox vaxt bunun şahidi oluruq. Bu, yalnız təəssüf hissi doğurur”.

Qeyd edək ki, ötən gün baş nazir İrakli Kobaxidze Avropa komissarının onunla təhdid dilində danışdığını açıqlamışdı. Bundan sonra isə Avropa İttifaqının genişlənmə danışıqları üzrə komissarı Oliver Varhelyi onların telefon danışığının bir hissəsinin kontekstdən çıxarıldığını bildirib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN