Gözlənildiyi kimi, ABŞ COP29 çərçivəsində Azərbaycana dəstək verməyə hazırdır.

Tezadlar.az xəbər verir ki, bu fikirlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda əks olunub. Sitat: "Prezidentliyinizin beşinci müddətinin başladığı bir vaxtda Amerika Birləşmiş Ştatları regional və qlobal məsələlərdə, o cümlədən iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində qarşılıqlı əməkdaşlığımızı dərinləşdirməyə səy göstərəcəkdir. Biz Azərbaycanı demokratik idarəetməni gücləndirilməsi və bütün azərbaycanlıların insan hüquqları və fundamental azadlıqlarının qorunması üçün əsaslı addımlar atmağa dəvət edirik. Biz noyabrda Bakıda keçiriləcək COP29 çərçivəsində iqlimlə bağlı birgə məqsədlərimizin irəlilədilməsini arzulayırıq və tədbirin uğurla keçirilməsində Azərbaycana dəstək verməyə hazırıq".

Bu bir daha Azərbaycanın beynəlxalq nüfuzunun o səviyyədə qəbul edilməsi deməkdir. Deməli, bu siyasətdə də sükan İlham Əliyev kimi nüfuzlu siyasətçinin də əlindədir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN