Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Fərman və Sərəncamına uyğun olaraq bu il üçün (iki ildən bir verilir) Dövlət Mükafatına təqdim edilən əsərlər sırasında "Təzadlar" qəzetinin təsisçisi və baş redaktoru Asif Mərzilinin əfsanəvi kəşfiyyatçı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Orxan Əkbərovun qəhrəmanlıq dolu döyüş yoluna həsr etdiyi "Sonuncu əmr" romanı da var.

Rəsmi medianın, eləcə də NK- nın, AzərTAC- ın, AMEA- nın rəsmi məlumatında da deyilirdi ki, "Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatına görə, Ədəbiyyat sahəsində bu müəlliflərin əsərləri qiymətləndirilməyə verilmişdir: "...23. Sabir Rüstəmxanlı - "Son illərdə yaradılan silsilə əsərlər"; Azərbaycan Yazıçılar Birliyi təqdim etmişdir. 24. Yunus Oğuz - "Cığır"- tarixi roman. Azərbaycanda Atatürk Mərkəzi təqdim etmişdir. 25. Asif Mərzili (Məmmədov) - "Sonuncu əmr" - roman. Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi təqdim etmişdir".

Qeyd edək ki, Prezident Sərəncamı ilə elan ediləcək qaliblərin adı Fərmana görə, 28 may Respublika Gününədək bəyan edilməlidir.

Beləliklə, inanırıq ki, Azərbaycanın müharibə tarixində ilk dəfədir qələbəmizdən bəhs edən "Sonuncu əmr" romanı ən layiqli yeri tutacaq.

Əsərin motivləri əsasınğda artıq teatr səhnəsi üçün ssenarisi hazırlanır, eləcə də Ukraynanın məşhur kino mütəxəssisləri bədii film çəkilişi üçün "Sonuncu əmr" romanının motivlərini öyrənirlər.

Həmçinin əsər haqqında Türkiyə və Azərbaycan mediasında təhlilli yazılar dərc olunub. 

Elbar ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN