Direktor Kərim Şükürovun sədrliyi ilə baş tutan iclasda institut həmkar təşkilatının bir neçə gün əvvəlki seçki prosesi tənqid edilib...

 Dünən AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda direktor Kərim Şükürovun sədrliyi və  şöbə müdirlərinin iştirakı ilə təcili iclas keçirilib. Hörmətli direktor bir sıra məsələlərə toxunub, lakin gündəliyin yaralı mövzusu 31 may 2024-cü il tarixdə AMEA A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda Həmkarlar Təşkilatının seçkili iclası barədə olub.

"Təzadlar"a verilən məlumata görə, K.Şükürov ötən dəfəki seçki prosesini sərt tənqid edib, bildirib ki, artıq həmin iclasın səs- küyü ən yuxarı dairələrdə belə pislənilib. Hətta deyib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasınıı rəhbərliyinə, Daxili İşlər Nazirliyinə belə qalmaqallı iclas barədə məlumatlar bildirilib. 

Direktor diqqətə çatdırıb ki, növbəti seçki iclası sabah, yəni iyunun 7-də, saat 11:00- da keçiriləcək. Gündəlikdə duran əsas məsələ isə yenə də Həmkarlar Təşkilatının sədrinin seçilməsi olacaq. Direktor əvvəlcədən yenə də öz namizədinin adını səsləndirib. 

 Qeyd edək ki, institut həmkarlar təşkilatının əvvəlki sədrinin səlahiyyət müddəti bitmişdir. Ötən qalmaqallı iclas AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Tofiq qızı ƏmirovaAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndəsi Əli Məmmədovun birbaşa iştirakı ilə keçirilmişdi. 

İnanırıq ki, bu dəfə elmi kollektivin iradəsi ilə keçiriləcək seçki qalmaqalsız və narazılıqsız ötüşəcək.

"Təzadlar"

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN