Şikayətçi ailələr səksəkə içindədir: onlar Prezident İlham Əliyevdən və ölkənin hüquq-mühafizə orqanları rəhbərlərindən kömək istəyirlər…

...İyunun 5-də "Təzadlar" qəzeti redaksiyasında olan bir qrup sakin yaşadıqları, daha doğrusu, "Kristal Bakı" ASC rəhbərliyinin onlara neçə ildir yaşatdığı müsibətdən danışaraq, konkret faktları, foto və videoşəkilləri təqdim etdilər.

Məlum oldu ki, ASC rəhbərliyi Bakı şəhəri, Yasamal rayonunun "Qanlı göl" kimi adlandırılan bataqlıq ərazini neçə ildir qurudaraq burada kütləvi surətdə sosial evlər tikib satır. İndi deyəsən, bu niyyətli binalar üçün ucuz yer darlığı, ərazi məhdudluğu yaranıb deyə, şirkət rəhbərliyi 1996-cı ildən bu ərazidə 28 ildir məskunlaşan (Laçın, Şuşa və Ağdamdan məcburi köçkün) və Yasamal rayon MKİB-nin 22 saylı MİS-ində qeydiyyatda olmaqla, 28 ildir qaz, su, işıq, telefon və s. xidmətlərə görə abunəçi kimi vəsaiit ödəyən insanların başına evini uçurtmaq, onları qaçırtmaq istəyir.

…Əməkdaşlarımız videokamera ilə əraziyə dəvət edildi. Lakin adı çəkilən əraziyə ASC rəhbərliyi tərəfindən polis nəzarəti (???) qoyulduğundan şikayətçilər kameralardan istifadənin problemli ola biləcəyini deyərək, jurnalistin peşə fəaliyyətinə müdaxilənin qaçılmazlığını söyləyiblər... Lakin əməkdaşlarımız çətinliklə də olsa, əraziyə daxil olaraq şikayətçiləri dinləyib videomüsahibələr alıblar. Həmin müsahibə tezadlar TV-də yayımlanır.

Xatırladırıq ki, əvvəla, şikayətçilər bir sıra media orqanlarına şikayət ediblər, jurnalistlər gəlib çəkiblər, qeydlər aparıblar, lakin sonradan deyiblər ki, bizə təzyiq var, yaya bilmərik.

İkincisi, bura hərbi hissədirmi, dövlət mühafizəsində olan strateji obyektdirmi ki, "Kristal Bakı"nın rəhbərliyi Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid olan məsələni öz üzərinə götürərək əraziyə polis nəzarəti qoydurub? Yasamal rayon RPİ-dən bu məsələyə aydınlıq gətirməyə çalışırıq.

Nəhayət, qeyd edək ki, "Kristal Bakı"nın rəhbərliyi bir müddət əvvəl Yasamal rayon Prokurorluğuna dəvət edilib, o söz verib ki, sakinlərlə heç bir problem yaşana bilməz, onların halallığı alınıb köçürülməsi təmin ediləcək! Amma və lakin… Bir həftə sönra verilən söz 180 dərəcə tərsinə olub…

Hazırda ASC rəhbərliyi ilə əlaqə saxlamağa çalışırıq, lakin hələlik məsul şəxslərlə danışıb məsələyə aydınlıq gətirmək mümkünsüz görünür.

y-5

Şikayətçilər isə Azərbaycan Respublikasının Prezidenti cənab İLHAM ƏLİYEVƏ, surəti Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Azərbaycan Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri cənab Fuad Ələsgərova, Azərbaycanın daxili işlər naziri cənab Vilayət Eyvazova, Azərbaycanın Baş Prokuroru cənab Kamran Əliyevə, Bakı şəhər Prokuroru Elşən Abbasova, Bakı şəhəri, Yasamal rayon Prokuroru Elman Süleymanova müraciət məktublarını imzalayaraq "Təzadlar" qəzeti redaksiyasına təqdim ediblər.

Daha ətraflı təqdim olunacaq.

***

Sual olunur: 1996-cı ildə "Kristal Bakı» adlı ASC və ya MTK yox idi. Bu məcburi köçkünlər hardan biləydilər ki, 28 ildən sonra belə bir MTK yaranacaq və həmin qurumun rəhbərliyi "Qanlı göl"ü qurudub sosial evlər tikib satmaqla məşğul olacaq, bu insanlar da həmin ərazidə deyil, məsələn, Həsən Əliyev küçəsindəki "Varlılar məhləsi"ndə yer tapıb məskunlaşardılar… Məsələ belə, çox sadə…

(Davamı var)

"Təzadlar"ın Araşdırma Qrupu

y-4

y-3

y-2

y-7

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN