Pekində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Katibliyində Belarus bayrağının təntənəli qaldırılması mərasimi keçirilib.

Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.

İyulun 4-də ŞƏT-in Astanada keçirilən sammitində Belarus ŞƏT-in 10-cu üzvü olub. Respublika 2010-cu ildə dialoq tərəfdaşı kimi təşkilatla qarşılıqlı fəaliyyətə başlayıb. 2015-ci ildə müşahidəçi statusu alıb. 2023-cü ildə Səmərqənddə keçirilən ŞƏT sammitində Belarusun təşkilata daxil olması prosedurunun başlanması barədə qərar imzalanıb.

Hazırda təşkilat 10 üzv dövləti (Belarus, Hindistan, İran, Qazaxıstan, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan və Özbəkistan) birləşdirir. Həmçinin müşahidəçi statusuna malik 2 dövlət (Əfqanıstan, Monqolustan) və 14 dialoq tərəfdaşı (Azərbaycan, Ermənistan, Bəhreyn, Misir, Kamboca, Qətər, Küveyt, Maldiv adaları, Myanma, Nepal, BƏƏ, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka) ilə qarşılıqlı fəaliyyət göstərir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN