Amerika Birləşmiş Ştatlarının ardınca Almaniya da Gürcüstanla münasibətlərinə yenidən baxmaq qərarına gəlib.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer bildirib. Səfir deyib ki, Almaniya Silahlı Qüvvələri NATO-nun Gürcüstanda keçirilən “Layiqli tərəfdaş” təlimində iştirakdan imtina edib: "Biz keçən il Tbilisidə keçirilən və bu yay Berlində keçirilməli olan böyük hüquq forumunu ləğv etdik. Növbəti addımları nəzərdən keçirəcəyik. Gürcüstan vətəndaşları Aİ-nin nə qədər vacib olduğunu düşünməlidirlər. Əgər bunu istəyirlərsə, yenidən yola qayıtmalı olacaqlar”, - deyə səfir əlavə edib. Peter Fişer, üzvlük prosesinin məhz Gürcüstan hökumətinin kursuna görə dayandırıldığını qeyd edib. Səfir Almaniyanın Gürcüstanla yeni maliyyə öhdəlikləri qəbul etmədiyini, alman ordusunun Gürcüstanla tərəfdaşlıqda iştirakını dayandırdığını əlavə edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN