Xəbər verdiyimiz kimi,  “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı birgə yazı müsabiqəsinə bu gün yekun vuruldu və qaliblərin adı sıralandı...

“Azərbaycan Dəmir Yolları” QSC-nin və Azərbaycan Mətbuat Şurası rəhbərliyinin iştirak etdiyi mükafatlandırma mərasimində ölkə mediasının tanınmış simaları və ekspertlər iştirak edirdilər. mükafatlandırma mərasimi ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurası birgə ətraflı məlumat yayacaq. "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilinin araşdırma yazısı 1-ci yerə layiq görüldü. Qəzetin əməkdaşı Elçin Məmmədlinin məqaləsi isə həvəsləndirici mükafatçılar sırasında yer aldı. 

***

Xatırladırıq ki, “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının “Yaşıl dünya naminə həmrəylik ili”

ilə bağlı birgə yazı müsabiqəsinə COP 29 beynəlxalq tədbirinin Bakıda keçirilməsi ərəfəsində kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio) təmsilçiləri arasında araşdırma yazı müsabiqəsi elan etmişdir. Müsabiqə üzrə 4 istiqamət nəzərdə tutulmuşdu: 

  1. Azərbaycan nəqliyyat sektorunda ESC prinsipləri - ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetməyə keçid;
  2. Ekoloji təmiz dəmir yolu nəqliyyatı: Azərbaycan dəmir yollarının inkişaf trendləri;
  3. İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid- qabaqcıl dünya təcrübələrinin Azərbaycanda səmərəli tətbiqi;
  4. Dayanıqlı inkişaf modelini seçən Azərbaycanda iqlim təşəbbüsləri.

*** 

Beləliklə, 4 istiqamət üzrə qaliblərin hər biri: I yer- 4 nəfər 1000 manat, II yer- 4 nəfər- 700 manat, III yer- 4 nəfər- 500 manat və nəhayət, 10 iştirakçıya həvəsləndirici mükafatlar təqdim olundu.

Qalibləri təbrik edirik.

Y.Məmmədli

m

m

m

m

m

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN