NATO Gürcüstan hökumətini demokratik təsisatları gücləndirmək və Gürcüstan xalqının Avro-Atlantik inteqrasiyaya doğru istəklərini inkişaf etdirmək üçün islahatları sürətləndirməyə çağırıb.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavier Kolomina "X"də yazıb. Sitat: "NATO Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Gürcüstanla uzunmüddətli tərəfdaşlığımıza sadiqdir. Alyans Gürcüstan hökumətini demokratik təsisatları gücləndirmək və Gürcüstan xalqının Avro-Atlantik inteqrasiyaya doğru istəklərini inkişaf etdirmək üçün islahatları sürətləndirməyə çağırır".

Gürcüstanın Rusiya ilə yaxınlaşma siyasəti ölkədə ciddi problemlərə yol açıb. Rusiyanın 2014-cü ildə Gürcüstanın ərazisinə təcavüzü də bu problemlərin əsas səbəblərindəndir...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN