Orban Aİ-ni Rusiya ilə diplomatik münasibətləri bərpa etməyə dəvət edib

Tezadlar.az "Ria Novosti"yə istinadla bildirir ki, Macarıstanın baş naziri Viktor Orban “sülh turu”ndan sonra Avropa Şurasının rəhbəri Çarlz Mişele Rusiya ilə diplomatik münasibətləri bərpa etməyi təklif edib. Orban Mişele məktub yazaraq Ukrayna, Rusiya, Çin, Türkiyə və Donald Tramp liderləri ilə son danışıqlarına da toxunub.

Macarıstanın baş naziri hesab edir ki, Ukraynadakı “hərbi münaqişənin intensivliyi” yaxın gələcəkdə köklü şəkildə artacaq. Məktubunda Orban Çinlə “sülh konfransı”na, Rusiya ilə diplomatik münasibətlərin bərpasına və s. toxunub.

Macarıstanın baş naziri, həmçinin Trampla apardığı danışıqlardan yazıb və hazırkı prezident Co Baydeni tənqid edib. Orbanın sözlərinə görə, ABŞ hazırkı hərbi siyasətini dəyişdirmək iqtidarında deyil və buna görə də yeni siyasətə başlaması vacibdir. Bu da Trampın prezidentliyinə bağlı ola bilər...

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN