Yasamal rayon MKS-nin A.Şaiq adına 2 №-li kitabxana filialında  “Böyük Zəfərin canlı şahidləri” adlı tədbir keçirildi.

Torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.      Tədbiri giriş sözü ilə A.Şaiq adına 2 №-li kitabxana filialının müdiri v.m.i.e. İradə Hüseynova açaraq, şanlı Qələbəni bizə yaşadan qazilərimizlə görüşün əhəmiyyətindən danışdı. O bildirdi ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazanıldı. Şəhidlərimizin və qazilərimizin Vətən yolunda göstərdikləri fədakarlıqlar, Vətən sevgisi hər birimiz, xüsusilə də gənclərimiz üçün bir örnəkdir. Onların qəhrəmanlığından əsrlər boyu danışılacaq, filmlər çəkiləcək, kitablar yazılacaq. 

Azərbaycan Respublikası “Şəhid Ailələri, Müharibə Əlilləri və Veteranlarının Müdafiəsi” İctimai Birliyin Cəbrayıl rayon şöbəsinin sədri, qazi, leytenant Səməd Atakişiyev Ali Baş Komandanın rəhbərliyi ilə  ordumuzun ildırımsürəti ilə torpaqlarımızı erməni terrorçularının tapdağından azad etdiyindən danışdı. Döyüşən əsgərlərin  bir amalı var idi: Vətən, Torpaq, Qələbə. Xalqımızın igid övladları Vətən, xalq deyərək ən şirin  nemət olan canlarını bu yolda qurban veriblər. Bugün üzümüz ağ, başımız ucadır. O qeyd etdi ki, bu Zəfər tədbiridir.

    Kitabxananın əməkdaşı Aybəniz Əliyeva çıxışında bildirdi ki, 30 ilə yaxın davam edən erməni işğalına son qoymaq üçün ayağa qalxan əsgər və zabitləri Vətən müharibəsinin qəhrəmanlarını ehtiramla anırıq. Zəfər tarixi Azərbaycanın müasir tarixinin qürurla xatırlanan günüdür. Bir sözlə bu gün, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” kəlməsi ilə xalqın bu amal, bu məqsəd üçün ayağa qalxdığı gündür. Tədbirdə çıxış edən  qazilər Ramiz Yusubov, Nurəddin Muradov, Akif Yunusov, İlqar Rəfiyev, Seyfulla Niftalıyev, Cəfər Məmmədov, Sahib İsrafilov, Gülağa Cəfərov, Raman İsmayılov  bildirdilər ki, hər birimiz Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü qoruyacağımıza and içmişik. Bir azərbaycanlı kimi bu bizim Vətənə qeyrət, namus borcumuz idi. Elə ona görə də Zəfər qazandıq. İtirilmiş torpaqlarımız öz tarixi sahibinə qayıtdı, Qələbəni təmin etdik. Gənc nəslin vətənpərvərlik ruhunda yetişməsinin təhsil müəssisələri qarşısında dayanan əsas vəzifələrdən biri olduğunu vurğulayan müəllim Nərmin İsmayılova belə tədbirlərin davamlı olacağına əminliyini bildirib və iştirakçılara uğurlar arzuladı. Tədbirin bədii hissəsində gitarada Kənan Mahmudov və  müğənni Aybəniz Çələbi vətənpərvərlik mövzusunda mahnılar   ifa etdilər. Görüşün sonunda qazilərə fəxri fərmanlar  təqdim edildi.

 Y.Məmmədli

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN