Bakıda bu ilin aprelin 14-də 1935-ci il təvəllüdlü İsmayıl Rəhimovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə"Təzadlar"a Nəsimi Rayon Prokurorluğundan məlumat verilib. Sitat: "İstintaqla 1969-cu il təvəllüdlü Emin Rəhimov martın 19-da birgə yaşadıqları mənzildə atası İsmayıl Rəhimova baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla çoxsaylı xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Emin Rəhimova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib. Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib".

Övlad atasını, özü də 89 yaşlı atasını öldürürsə, daha əlavə şərhə sözün belə gücü çatmır. Həbsxanada ona törətdiyi əməli ilə bağlı sual verəndə nə deyəcək, deyəcəkmi ki, mən atamı öldürmüşəm?!

A.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN