Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Göygöl rayonu, Toğanalı yolunda fəaliyyət göstərən, fiziki şəxs Cəlilov Elşən Yunis oğluna məxsus “Gold Garden” restoranında planlı yoxlama keçirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, yoxlama zamanı ictimai iaşə müəssisəsində qida məhsullarının çirklənmə riski yaradacaq şəraitdə saxlanıldığı, mal qonşuluğu qaydalarına riayət olunmadığı, həmçinin üzərində tərkibi, istehsal və son istifadə tarixləri haqqında məlumatlar qeyd edilməyən, mənşəyi məlum olmayan quş əti və süd məhsulları aşkarlanıb.

Faktla bağlı istehlaka yararsız məhsullardan istifadənin qarşısının alınması məqsədilə məhdudlaşdırıcı qərar tətbiq edilərək icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA