Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiya Federasiyasının (RF) yalnız sülhə məcbur edilə biləcəyi ilə bağlı mövqeyi olduqca səhvdir.

Tezadlar.az “Ura.ru”-ya istinadən xəbər verir ki, bu barədə Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Rusiya prezidentinin mətbuat katibi qeyd edib ki, Ukrayna lideri belə bir tezis irəli sürməklə yanılır.

“Rusiyanı sülhə məcbur etmək mümkün deyil. Rusiya sülh tərəfdarıdır, lakin təhlükəsizliyin təmin edilməsi şərtləri və xüsusi əməliyyatın məqsədləri var”, - Peskov izah edib.

Bundan əvvəl Ukrayna Kiyevin Rusiya ilə atəşkəsə razılaşacağı şərtini səsləndirmişdi. Ukrayna prezidenti Vladimir Zelenskinin müşavirləri və adının açıqlanmasını istəməyən Ali Rada deputatlarının qeyd etdiyi kimi, ölkəyə Rusiya tərəfdən müdaxilənin mümkünsüzlüyü üçün təminat və şərait yaradılması lazımdır.

Hələ bundan əvvəl Ukrayna lideri BMT Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı Moskva ilə danışıqların əleyhinə çıxış etmişdi. Belə ki, Zelenski Rusiya prezidenti Vladimir Putinlə münaqişə barədə danışmaq istəyənləri tənqid edib.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA