Sabiq deputat Nazim Bəydəmirli durduğu yerdə başına iş açıb...

O, hədə-qorxu ilə tələb etməkdə təqsirləndirildiyindən ona bu gün hökm oxunub. Tezadlar.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrlik etdiyi prosesdə məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edib.

N.Bəydəmirli 2023-cü ilin iyulunda həbs olunub. Ona verilən ittihamda yazılıb ki, bir qadın vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O bildirib ki, ötən il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını deyib. N.Bəydəmirliyə qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə, xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN