Moskvanın cənubundakı Kaspiyskaya küçəsində avtobus və “Qazel”in toqquşması nəticəsində 11 nəfər xəsarət alıb.
Tezadlar.az bu barədə REN TV-yə istinadən xəbər verir.
Vəziyyətlə yaxından tanış olan telekanal mənbəsi avtobusun Qan Mərkəzinin dayanacağı yaxınlığında sərnişin mikroavtobusu ilə toqquşmasını izah edib.
Mənbə bildirib ki, xəsarət alanlar arasında iki uşaq da var. Həkimlər yaralılara bütün lazımi yardımları göstərirlər. Hazırda baş verənlərin digər təfərrüatları dəqiqləşdirilir.
E.ŞİRİNOV