Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ağaqulu Tağıyev saxlanılıb.

Tezadlar.az xəbər verir ki, onun üzərindən 2 kiloqramdan artıq heroin aşkar edilib.

Araşdırmalar zamanı A.Tağıyevin narkotik vasitəni sosial şəbəkələr vasitəsilə tanış olduğu və şəxsiyyəti istintaqla araşdırılan iranlı narkotacirdən aldığı müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN