İran hakimiyyəti Rusiya ilə müxtəlif sahələrdə ikitərəfli əlaqələri ciddi şəkildə gücləndirmək arzusunu ifadə edib.
Tezadlar.az “RİA Novosti”-yə istinadən xəbər verir ki, bunu İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Rusiyanın baş naziri Mixail Mişustinlə danışıqlarda deyib.
Siyasətçi vurğulayıb ki, Rusiya ilə əməkdaşlıq onun ölkəsinin xarici siyasətinin prioritetlərindən biridir. "Münasibətlərimizin bütün səviyyələrdə inkişaf etdiyi yaxşı tempdən çox məmnunam", - deyə Məhəmməd Rza Aref bildirib.
O, həmçinin qeyd edib ki, İran hökuməti praqmatik yanaşmaya sadiqdir və bağlanmış razılaşmaların həyata keçirilməsinə yönəlib. Bundan əlavə, o, iki ölkə arasında qeyri-qanuni Qərb sanksiyalarının neytrallaşdırılmasına yönəlmiş əməkdaşlığın zəruriliyini vurğulayıb.
İranlı siyasətçi Tehran və Moskva arasında iqtisadi əməkdaşlığın vacibliyini qeyd edərək, iki ölkənin birgə səyləri sayəsində əməkdaşlığın “layiqli səviyyəyə” yüksələcəyini bildirib.
E.ŞİRİNOV